Dünyanın ən böyük gəmilərindən biri olan "Titanik" 1911-ci ildə istifadəyə verildi və təəssüf ki, batdı.
O dövrdə dünyanın ən böyük gəmisi kimi inşa edilən "Titanik" ilk ekspedisiyasına 1912-ci il aprelin 10-da getdi və 15 aprel 1912-ci il gecəsində aysberqlə toqquşaraq batdı. Qəza 514 nəfərin ölümü ilə nəticələndi və ən böyük dəniz fəlakətlərindən biri kimi tarixə düşdü.
Ancaq tarixdə "Titanik"dən daha üstün xüsusiyyətlərə sahib bir gəmi də var: “RMS Kraliçası Mariya”.
1936-1967-ci illər arasında transatlantik ekspedisiya edən bu gəmi "Titanik"dən daha böyük idi. Dünya tarixində adı olan bu gəmi haqqında maraqlı məlumatları sizlərə təqdim edirik.

“RMS Queen Mary” 1930-cu illərin əvvəllərində almanlar və fransızlar tərəfindən hazırlanan gəmilərə cavab vermək üçün istehsal edilib.
O dövrdə İngiltərə, Fransa və Almaniya kimi ölkələr arasında lüks transatlantik gəmi qurmaq üçün bir yarış var idi. İki rəqib ingilis şirkəti “Cunard” və “White Star Line” ölçüsü, sürəti və imkanları ilə bir-birinin gəmilərindən seçilməyə çalışırdı.
“RMS Queen Mary” gəmisinin qiyməti 560 milyon dollardan çoxdur.

İnşaat işləri aparılarkən gəminin adı sirr idi. 26 sentyabr 1934-cü ildə İngilis kral V Georqun və həyat yoldaşı Mariya Tek İngiltərənin Sauthempton şəhərində gəminin suya buraxılmasını izləmək üçün gəlmişdi. Kral "Dənizçi olaraq bu gün buraya gəlməkdən və bu böyük və gözəl gəminin buraxılışını izləməkdən məmnunam" demişdi.
“RMS Queen Mary” gəmisi iki il sonra, 1936-cı il mayın 27-də səfərə çıxdı. Gəminin əvvəlindəki RMS ifadəsi "kral poçt gəmisi" anlamını verir.
Bu gəmi özəlliklərinə görə, "Titanik"dən daha üstün idi.
“RMS Queen Mary” gəmisi Atlantik okeanı ən tez keçən gəmi kimi də tarixə düşüb.

II dünya müharibəsində “RMS Queen Mary” gəmisinin vəzifəsi dəyişdi.
İngiltərə hökuməti "Kraliça Mariya"nın növbəti elana qədər 1939-cu ilin sentyabrında limandan çıxmamasını əmr etdi. Nyu-Yorkda olan "Kraliça Mariya" gəmis "Kraliça Elizabet"lə birlikdə əsgərləri və döyüş təyyarələrinə daşımaq üçün bir araya gəldi. Gəminin gövdəsi boz rəngə boyandı və gəmi "Gree Ghost" adlandırıldı. Həm də gəmi maqnetik minalardan qorunmağa kömək edən bir sistem ilə təchiz edilmişdi. Bu gəmi sayəsində bir dəfəyə 15 min əsgər daşına bilirdi.
Adını tarixə yazdıran bu gəmi də faciəvi bir qəzaya uğrayıb.

“RMS Queen Mary” gəmisi II dünya müharibəsi zamanı “Curacoa” adlı hərbi gəmi ilə toqquşmuşdu. Nəticədə "Curacoa" iki yerə bölünərək batmışdı. Hadisə zamanı 337 nəfər də həyatını itirmişdi.
Adını tarixə yazdıran bu nəhəng gəmi indi üzən otel kimi xidmət edir.
Turan Oruc
Musavat.com










