İnsanlara hürriyət, millətlərə istiqlal!

Salyanda faciəvi şəkildə ölən musiqiçinin FOTOSU

662 15.04.2024 14:11 Hadisə A A

Aprelin 12-də Salyanda gənc musiqiçinin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Salyan-Şirvan avtomobil yolunun rayonun Qarabağlı kəndindən keçən hissəsində minik avtomobili həmin kəndin sakini olan 1993-cü il təvəllüdlü Qurbanov Cavad Mehdi oğlunu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Yaxınlarının bildirdiyinə görə, C.Qurbanov yol kənarında dayanarkən həmin avtomobil onu vurub. Hazırda faktla bağlı cinayət işi açılıb və araşdırma aparılır.

Qeyd edək ki, 31 yaşlı Cavad Salyanda fəaliyyət göstərən musiqi ansamblında nağaraçı kimi fəaliyyət göstərirmiş.

Onun fotosunu təqdim edirik. 

Publika.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR