İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada benzin və dizel istehsalında azalma sürətləndi: Ukrayna zavodlara zərbələri davam etdirsə...

930 27.03.2024 20:17 İqtisadiyyat A A

Martın 18-dən 24-dək Rusiyada benzin istehsalının həcmi əvvəlki həftə ilə müqayisədə 7,4 faiz azalaraq 754,6 min ton təşkil edib. Ötən həftə dizel istehsalı 0,6 faiz artaraq 1,648 milyon tona çatıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rosstata istinadən TASS yayıb.

Rəsmi statistikaya əsasən 2024-cü il martın 11-dən 17-dək olan həftədə də hasilatda azalma qeydə alınıb: benzində 2,8 faiz, dizeldə 2,5 faiz (əvvəlki həftə ilə müqayisədə).

Agentlik bildirir ki, Rosstat statistikası illik müqayisədə yanacaq istehsalının dinamikasını təqdim etmir. Bununla belə, ötən il, martın 20-dən 26-dək, statistika agentliyinin məlumatına görə, benzin istehsalı 880 min ton, dizel yanacağı istehsalı isə 1,769 milyon ton olub. Yəni ötən həftə emalda illik əsasda azalma benzin üzrə təxminən 14,25 faiz, dizel üçün isə 6,8 faiz ola bilər.

Qeyd edək ki, benzin və dizel istehsalında azalmanın əsas səbəbi Ukraynanın Rusiya neft emalı zavodlarına dronlarla endirdiyi zərbələr nəticəsində müəssisələrdə istehsalın dayanmasıdır. Bu ilin əvvəlindən bəri 12 zavoda zərbələr endirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR