İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya buğdası su qiymətinə düşdü: Yenə alan yoxdur...

1642 22.04.2024 23:16 Dünya A A

Aprelin 1-dən 21-dək Rusiya 3,142 milyon ton taxıl ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz azdır.

Musavat.com xəbər verir İnterfaks Agentliyi Rusiya Taxıl İttifaqının monitorinq nəticələrinə əsasən yayıb.

Qeyd olunan dövrdə buğda ixracı 33,7 faiz azalaraq 2,58 milyon tona düşüb: "İxrac artıq üçüncü həftədir ki, azalır. Belə ki, aprelin 15-dən aprelin 21-dək əsas taxıl növlərinin gündəlik ixracı 40,5 min ton azalaraq 118,7 min ton, buğdanın ixracı 10,8 min ton azalaraq 110,8 min ton təşkil edib”.

Birliyin analitik departamentinin direktoru Yelena Türinanın dediyinə görə, ötən ilin eyni dövründəki 1 milyon 637 min tonla müqayisədə həftə ərzində ümumilikdə cəmi 831 min ton məhsul ixrac olunub. O cümlədən 1 milyon 284 min tona qarşı 775,4 min ton buğda, 218 min tona qarşı 47 min ton qarğıdalı ixrac edilib: “Hətta əvvəlki dövrlərdə artan arpa tədarükləri ötən həftə ötən mövsümün eyni dövründəki 135,5 min tona nisbətən 8,5 min tona düşüb”.

Onun məlumatına görə, ötən həftə Rusiya buğdasının ixrac edildiyi ölkələrin sayı 10, bir il əvvəl isə 22 olub.

Bazardakı qiymət konyukturasından danışan Türina bildirib ki, Avropa buğdasının qiyməti həftə ərzində 3 dollar artaraq bir ton üçün 220 dollara çatıb ki, bu da Aİ ölkələrinin ixrac potensialının azalması gözləntiləri ilə izah oluna bilər. Amerika buğdasının hər tonu 7 dollar ucuzlaşaraq 216 dollar olub. Rusiya (FOB Novorossiysk) buğdasının qiyməti bir ton üçün 7 dollar artaraq 207 dollar olub. O, qeyd edib ki, Avropa buğdasına nisbətən endirim yaxşı səviyyədə qalır - bir ton üçün 13 dollar, lakin ixracın həcmi azalır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR