İnsanlara hürriyət, millətlərə istiqlal!

Roma Papası İran və İsrailə ÇAĞIRIŞ ETDİ

373 14.04.2024 18:21 Dünya A A

Papa I Fransisk Yaxın Şərqdə “zorakılıq spiralını” alovlandıra və regionda daha genişmiqyaslı müharibəyə səbəb ola biləcək hər hansı hərəkəti dayandırmağa çağırıb.

Musavat.com xəbər verir ki, onun açıqlamasını "Vatican News" yayıb.

Papa, “son saatlarda İranın müdaxiləsindən sonra İsraildə vəziyyətin pisləşməsi ilə bağlı xəbərləri” “dua və narahatlıq, hətta kədərlə” izlədiyini söyləyib.

"Heç kim başqalarının varlığını təhdid etməməlidir və bunun əvəzində bütün xalqlar israillilərə və fələstinlilərə iki dövlətdə, yan-yana, təhlükəsizlik şəraitində yaşamağa kömək etməklə "sülh tərəfdarı olmalıdırla. Bu, onların dərin və qanuni istəyidir və bu onların haqqıdır”,-deyə Papa I Fransisk bildirib.
 
Eyni zamanda, Papa Qəzzada atəşkəs və "danışıqlar yolunda həlledici irəliləyiş" çağırışını təkrarlayıb. O, “insani fəlakətə düçar olmuş” Qəzza xalqının əzablarını xatırladaraq, onların əzablarını yüngülləşdirmək üçün hər cür səy göstərməyə çağırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR