İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı ŞOK AÇIQLAMALAR

5102 11.10.2023 14:06 Son xəbər A A

Ermənistanın baş naziri hələ də reallığı doğru-düzgün qiymətləndirə bilmədiyini növbəti dəfə nümayiş etdirib.

“Ermənistan heç kimə heç nə vəd etməyib”.

Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, bunu oktyabrın 10-da OTA-nın efirində Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidentinin “Zəngəzur dəhlizi” ilə bağlı bəyanatına münasibəti zamanı bildirib.

Baş nazir qeyd edib ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib:

“Burada bir nüans var, bu terminologiyanı necə qəbul etməyimiz çox vacibdir, çünki biz Ermənistan Respublikası və bütövlükdə ictimaiyyət olaraq bunu Ermənistan üçün müəyyən ərazi tələbi və ekstraterritorial dəhlizlə bağlı tələb kimi qəbul edirik. Deməli, biz heç kimə belə terminologiya və nəticə ilə bağlı vəd verməmişik. Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə deyildi ki, sizin işlətdiyiniz dəhliz terminologiyası bizim üçün qəbuledilməzdir. Cavab verdilər: bu, niyə qəbuledilməzdir, siz üçtərəfli bəyanat qəbul etdiniz. O zaman cavab verdik ki, üçtərəfli bəyanatda belə bir şey yoxdur, açın, baxın, göstərin”.

N.Paşinyan deyib ki, dünyada “dəhliz” sözü kommunikasiya marşrutları üçün ümumi termin kimi istifadə olunur.

“Üçtərəfli bəyanatda isə məntiq bir qədər fərqlidir, belə ki, Laçın dəhlizi var, orada bəyanatın məntiqinə görə, müəyyən məzmunda eksterritoriallıq və ya üçüncü qüvvənin nəzarəti var. Bundan əlavə, Laçın dəhlizi sadəcə yol deyil, o, üçüncü tərəfin nəzarətində olan 5 kilometrlik ərazi zolağıdır”, - Paşinyan bildirib.

“Ermənistan bəyan edir ki, regional kommunikasiyaların açılmasına hazırdır və bunda maraqlıdır”, - Ermənistan hökumət başçısı ardınca vurğulayıb.

Ziddiyyətli açıqlamalarını davam etdirən N.Paşinyan ardınca deyib:

“Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”.

Nikol Paşinyan dəmir yolunun müəyyən hissəsində sürüşmə səbəbindən 500 milyon dollara ehtiyac olduğunu iddia edib.

“Digər tərəfdən, bizim Mehri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”, - deyə baş nazir bildirib.

Avtomobil yolunun eyni hissədən keçməsinə gəlincə, Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm yolun, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir.

Nikol Paşinyanın fikrincə, yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır.

“Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”, - Paşinyan yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR