İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan azərbaycanlıların tələb etdiyi anklavları artıq təhvil verib, sabah...”

1909 13.03.2024 17:13 Son xəbər A A

“2021-ci il yanvarın 2-də azərbaycanlılar Sünik rayonunun Şurnux kəndinə daxil olaraq yerli sakinlərdən evlərini tərk etməyi tələb ediblər”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Hrant Melik-Şahnazaryan feysbuk səhifəsində yazıb.

“Düşmənin meydana çıxması Şurnux sakinləri üçün gözlənilməz oldu. Heç kim kənd sakinlərinə evlərinin Ermənistan ərazisində olmadığını, bəzi xəritələrdə Şurnuxun Azərbaycanın tərkib hissəsi olduğunu, ümumiyyətlə, kəndin adının Şurnux deyil, Eyvazlı olduğunu deməyib. Yaxşı ki, insanlar həmin vaxt kəndin Azərbaycana verilən o hissəsindən çıxa biliblər”, - deyə revanşist politoloq bildirib.

“Sabah eyni şey Tavuş bölgəsində də olacaq. Nikol azərbaycanlıların tələb etdiyi anklavları artıq təhvil verib. O, bunu canlı yayımda etiraf edib və Ermənistan ərazisində belə yaşayış məntəqələri olmadığını söyləyib. Silahlı qüvvələrin artıq sərhəddən çıxarıldığı ortaya çıxsa, təəccüblənmərəm. Əgər qoşunlar hələ də sərhəddə dayanırsa, o zaman əsgərlər də təhlükədədir, çünki irəliləyərək Azərbaycan ordusu Nikolun sözlərinə istinad edərək deyəcək ki, erməni əsgərlərinin Azərbaycan ərazisində nə işi var? Çünki Nikol bu kəndlərin Ermənistan Respublikasının ərazisində yerləşmədiyini dilə gətirib”, - deyə Şahnazaryan yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR