İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahunu İrana hücum planını təxirə salmağa kim razı salıb? - The New York Times açıqladı

936 14.04.2024 19:07 Dünya A A

İsrail bu gün səhər tezdən İrana hücum etmək qərarına gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qəzet bildirir ki, bu plan baş nazir Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığından sonra ləğv edilib.

Amerika nəşrinin yazdığına görə, Bayden administrasiyası İsrailə ehtiyatlı davranmağı və İranın hava hücumlarından uğurla müdafiə olunduqdan sonra Yaxın Şərqdə daha da gərginliyin qarşısını almağı tövsiyə edib.

Məlumata görə, ABŞ rəsmiləri İsrailin 300-dən çox pilotsuz uçuş aparatını və raketini ələ keçirməsini əlavə qisas tələb etməyən əhəmiyyətli strateji qələbə kimi qiymətləndiriblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR