İnsanlara hürriyət, millətlərə istiqlal!

Müxalifət post-pandemiya dövrünə hazırlaşır

1209 02.05.2020 09:30 Siyasət A A

Partiya sədrləri danışıqlara başlayıb

Ölkədə xüsusi karantin rejimi bir çox sahələr kimi, siyasi partiyaların fəaliyyətinə də müəyyən məhdudiyyətlər qoyub. İki aya yaxındır partiya qərargahlarının qapıları  faktiki olaraq bağlanıb. Müxalifət isə karantin rejiminin ləğvindən sonrakı post-pandemiya dövrünə hazırlaşır.

AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a bildirdi ki, post-koronavirus dövründə yaranacaq situasiyalara siyasi hazırlıqlar, proqramlaşdırma və planlaşdırma, siyasi davranış modelləri və ehtimal olunan qlobal geopolitik xaos şəraitində Azərbaycan xalqı və dövlətinin milli strategiyası məsələlərinin elmi-siyasi müzakirələrinə zəruri ehtiyac var: “Bir sıra siyasi partiyaların rəhbərləri və mütəxəssisləri ilə, ekspertlərlə belə müzakirələr başlanıb.

 

Pənah Hüseyn deputatlığa namizədliyi ilə bağlı » Azərbaycanın ...

Aydın görünür ki, Milli Təhlükəsizlik Konsepsiyası və Müdafiə Doktrinası yenidən işlənməlidir. Bundan əlavə, proqnozlaşdırılır ki, qeyri-formal siyasi təşkilatlanmaların Azərbaycanda da aktuallaşması labüddür”.

Partiyaların deputatlığa namizədlərinin sayı açıqlandı

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, müxalifət ilk növbədə karantin rejiminin bitməsini gözləyir: “Mövcud şərtlər daxilində əksəriyyət kimi müxalifət də fəaliyyətini məhdudlaşdırmışdı. Xeyli məsələ karantin rejiminin götürülməsindən, yaxud yumşaldılmasından asılıdır. Ondan sonra müxalifət də adi iş rejiminə qayıdacaq. Amma o da nəzərə alınacaq ki, koronavirus problemi hələ qalmaqda davam edir və buna da uyğun davranışlar sərgilənməlidir. Yəqin ki, hər kəs bu təhlükəni nəzərə almaqla öz planına uyğun fəaliyyətini davam etdirəcəkdir”.

Cəsarətiniz varsa..." - PARTİYA SƏDRİ MƏLAHƏT İBRAHİMQIZINI DEBATA ...

AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, tək müxalifət partiyaları deyil, cəmiyyət və iqtidar post-pandemiya dönəminə daha çox hazırlaşmalıdır: “Ümumiyyətlə, bütün dünyada bu gün ən çox müzakirə olunan məsələlərdən biri də post-pandemiya dünyasının necə olacağı və yeni reallıqlardır. Bu gün hər kəsin üzərində razılaşdığı bir fikir var ki, dünya əvvəlki kimi olmayacaq. Bu fikir tək siyasi və idarəetməyə aid edilən məsələ deyil. Buraya iqtisadi, mədəni və sosial sahələr də daxildir. Təbii ki, dünyanın bunu müzakirə etdiyi və yeni dönəmə hazırlaşdığı bir vaxtda Azərbaycan özünü bu prosesdən kənarda saxlaya bilməz. Odur ki, Azərbaycan dövlət olaraq bu məsələyə ciddi yanaşmalı və yeni dönəmin yeni və öyrəşilməmiş reallıqlar və çağırışlarına  hazır olmalıdır. Təbii ki, Azərbaycan müxalifəti də, dövlətçiliyin bir subyekti kimi, bu məsələlərdə aktiv olmalıdır. Odur ki, biz, AĞ Partiya olaraq, bu dönəmi və post-pandemiya məsələsini ciddi araşdırır və rəhbərlikdə müzakirə edirik. Yarana biləcək müxtəlif yeni situasiyalara  hazırlıqlı olmaq üçün müxtəlif ssenarilər üzərində işləyirik. Eyni zamanda AĞ Partiya bütün bunlarla paralel digər müxalifət partiyaları ilə də bu məsələləri aktiv müzakirə edir və yeni dönəmdə birgə fəaliyyət formaları üzərində məsləhətləşmələr edirik. Hələlik onu deyə bilərəm ki, bur sıra partiyalarla ilkin müsbət nəticələr də mövcuddur. Bu sırada AXP, ADP, AMİP, Böyük Azərbaycan kimi  partiyaları göstərə bilərik. Əsas məsələ müxalifətin və ya iqtidarın post-pandemiya dönəmində hazırlıqlı olması məsələsi deyil. Əsas xalq olaraq, millət olaraq və ən əsası bütöv bir dövlət olaraq bu dönəmə hazır olmaqdır”.

Mərkəzi İcra Aparatı - VHPVHP

VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə bildirdi ki, əslində post-pandemiya dövrünə hazırlıq demək düzgün olmazdı: “Söhbət həyatın əvvəlki axarına qayıtmasından gedir. Partiya olaraq öncədən planlaşdırdığımız proqram üzrə fəaliyyət göstərəcəyik. Bu il Vətəndaş Həmrəyliyi Partiyası olaraq qurultay keçirməyi planlayırdıq. Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları keçiriləcək. Bu işlər başa çatdıqdan sonra qurultayın vaxtı elan ediləcək. Həmçinin yay aylarında bölgələrdə zona müşavirələri keçiriləcək.

Pandemiya ilə bağlı karantinin bitməsindən asılı olaraq bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Eyni zamanda partiyadan seçilən millət vəkillərinin seçicilərlə görüşləri planlaşdırılır".

taliyət əliyev - P.S. NOTA

ADP sədrinin müavini Taliyət Əliyev isə bildirdi ki, karantin dövründən sonra bütün sahələrdə olduğu kimi, siyasi düşərgə də öz fəaliyyətini bərpa edəcək: “Hazırda post-pandemiya dövrü üçün elə bir plan yoxdur. Yəqin ki, bütün partiyalar özünün cari fəaliyyəti ilə məşğul olacaq. Lakin ölkədəki siyasi proseslərin dinamikası da müxalifətin fəaliyyətinə təsirsiz ötüşməyəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR