İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müraciətlərin 60 faizi haqqı olmayanlar idi” - Sahil Babayev

1206 07.04.2020 19:07 Gündəm A A

“Son iki gündə birdəfəlik yardımla bağlı müraciətlərin 60 faizi haqqı olmayanlar idi”.

Musavat.com-un əməkdaşı xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün DOST mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
S.Babayev bildirib ki, tələbə, orduda xidmət edən, sahibkarlar işsiz sayılmır: “Onlar məşğul şəxs sayılırlar. Bu mexanizm işsizlər üçündür.

Biz günə ərzində on minlərlə müraciəti emal edirik, cavabları özlərinə təqdim ediləcək. Elektron və Asan imzası olmayanlar onlayn müraciət forması doldura bilər ki, Məşğulluq Mərkəzlərinin əməkdaşları onları qeydiyyatdan keçirəcək”.

Nazir ictimaiyyətə səsləndi ki, sosial.az və e-sosial az saytlarına müraciət etsinlər. Onun sözlərinə görə, haqqı olmayanların müraciəti ucbatından gün ərzində sistemdə yüklənmə olur:

“Baxmayaraq ki, ən geniş serverlər yaradılıb, amma onların da bir limiti var. Mütləq deyil ki, bu gün müraciət etsinlər. İşsiz kimi qeydiyyatdan keçən vətəndaş tələsməsinlər, karantin dövründə ödənişlər olunacaq”.

Nazir əlavə edib ki. internetə çıxışı olmayanlara Çağrı mərkəzi vasitəsi ilə Fin nömrələrini söyləmək şəraiti yaradılıb.

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR