İnsanlara hürriyət, millətlərə istiqlal!

Mİ-5 nədir, Mİ-6 nə? – Britaniyanın kəşfiyyat xidmətlərinin özəllikləri

3774 02.01.2020 19:38 Astrologiya A A

Bu günlərdə ölüm ayağında olan Con Hopkins adlı sabiq kəşfiyyatçının Uels şahzadəsi ledi Diananın 1997-ci ilin 31 avqustunda sui-qəsd nəticəsində öldürüldüyünü bəyan etməsi dünya mediasında bomba partlayışı effekti doğurdu.

Sui-qəsddə İngiltərənin daxili kəşfiyyat idarəsinin – Mİ-5-in adı çəkilirdi.

Böyük Britaniyanın xüsusi xidmət orqanlarının spesifikasını, incəliklərini bilməyənlər, yaxud da səthi bilənlər həmişə Mİ-6-lə Mİ-6-nı qarışdırırlar.

Bunların hər ikisi kəşfiyyat xidmətləridir. Mİ-6 xarici kəşfiyyatla məşğuldur, başqa ölkələrdə kəşfiyyat rezidenturası, casus şəbəkəsi saxlamaq, başqa ölkələrdən məlumat toplamaq işinə baxır. Mİ-5 isə başqa ölkələrin Böyük Britaniya ərazisində casus şəbəkəsi saxlamasının, terrorçuluğun, təxribat və diversiyalar törədilməsinin qarşısını almaq, kütləvi qırğın silahlarının yayılmasına yol verməmək, bir sözlə, krallığın təhlükəsizliyinin təmin edilməsi üzrə fəaliyyət göstərən əks-kəşfiyyat xidmətidir.

Картинки по запросу mi5 kəşfiyyat

Mİ-6 dünyanın ən qüdrətli 5 kəşfiyyat xidmətindən biridir və ABŞ-ın MKİ-si, İsrailin “Mossad”ı ilə 1-3-cü yerləri bölüşür. Mİ-6 nə qədər müstəqil idarə kimi fəaliyyət göstərsə də, Xarici İşlər Nazirliyinin strukturudur. Ona görə də onun əməkdaşları həm kəşfiyyatçı, həm də diplomat rolunda çıxış edə bilirlər.

Mİ-5-in fəaliyyəti “Təhlükəsizlik xidməti haqqında” qanunla tənzimlənsə də, bu idarə Daxili İşlər Naziriliyinin strukturuna daxil deyil. Mİ-5 təhlükəsizlik sferası çərçivəsində bir sıra başqa təşkilatlrlara əməkdaşlıq edir, əsasən Birləşmiş Kəşfiyyat Komitəsinin ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərir.

Alex Younger.gif

Mi-6-nın hazırkı rəhbəri Aleks Yangerdir, xidmətin qərargah-mənziıli Londonda, Şahzadə Albert bulvarı 85 ünvanında yerləşir. Xidmətin əməkdaşlarının sayı Böyük Britaniyanın dövlət sirridir və çox məhdud dairədə vəzifəli şəxsə bəllidir. Daha bir dövlət sirri isə Mİ-6-nın illik büdcəsinin həcmidir. Bunu da çox az adam bilir.

Mİ-5-in illik büdcəsi isə 1980-ci ilə qədər indikindən xeyli az olub. 1980-ci ildə 6 ərəb əsilli terrorçunun Londonda İran səfriliyini ələ keçirib 6 gün ərzində 25 nəfəri girovluqda saxlamasından sonra bu təşkilatın əməkdaşlarının sayı və maliyyəsi artırılıb. 1970-80-ci illərdə Mİ-5 qərb xüsusi xidmət orqanlarının terrorçuluqla mübarizəsinin koordinasiya edilməsində lider rolu oynayıb.

Постер фильма

Ancaq Mİ-5-in fəaliyyətində də boşluqlar, ağ ləkələr yer alıb. 1983-cü ildə xidmətin əməkdaşı Maykl Bettani sovet DTK-sı tərəfindən əməkdaşlığa cəlb edilib və Mİ-5-in peşəkarlığının ideal səviyyədə olmadığı ortaya çıxıb. Bundan sonra xidmətin yeni baş direktoru vəzifəsinə təyin edilən Entoni Daff xidmətin fəaliyyəti üçün yeni qanunvericilik bazası işləyib hazırlayıb.
Casusluq məsələsində Mİ-6-nın uğurları fiaskolarından daha çox olub. Əgər 50-60-cı illərdə SSRİ DTK-sı İngiltərə XİN-ində, parlamentində və Mİ-6-da vəzifəli şəxsləri (Kim Filbi, Donald Maklin və başqaları) ələ alıb, öz xeyrinə casusluq etdirə bilirdisə, 70-80-ci illərdə artıq vəziyyət dəyişib: Mİ-6 SSRİ DTK-sında özünə çoxlu agentlər (Oleq Penkovski, Oleq Qordiyevski, Oleq Lyalin və başqaları) tapıb və onların vasitəsilə ölkədə diplomat qiyafəsində fəaliyyət göstərən geniş casus şəbəkəsini ifşa edərək Britaniyadan qovub.

1990-cı illərdən sonra, “soyuq müharibə”nin başa çatmasıyla bağlı Mİ-5-in fəaliyyətində böyük dəyişikliklər olub. Artıq “sovet təhlükəsi” yox idi, SSRİ dağılmış, DTK demoralizə olmuşdu, Rusiyanın kəşfiyyat xidmətlərinin dirçələcəyi gözlənilmirdi. Ona görə də 1992-ci ilin oktyabrında Mİ-5-in əsas mübarizə hədəfi İrlandiya Azadlıq Ordusunun üzvləri olub. Onlara qarşı mübarizə aparmaq işi şəhər polisindən alınaraq Mİ-5-ə verilib.

Фотография

Mi-6-nın fəaliyyəti haqqında geniş olmasa da, müəyyən məlumat verən casus Oleq Qordiyevskinin sözlərinə görə, bu xidmətin əməkdaşları MKİ-nin kəşfiyyatçılarından daha ağıllı və peşəkar, eyni zamanda DTK-nın çoxsaylı işçilərindən qat-qat az və daha səriştəli olublar. Çünki onları işə hərtərəfli yoxladıqdan və ciddi hazırlıqlar keçdikdən sonra götürürmüşlər.
Ancaq 2000-ci illərdən sonra Rusiyanın iqtisadi baxımdan olmasa da, hərbi-kəşfiyyat sferasında yenidən güclənməsi, üstəlik, ərəb terrorizminin bütün Avropanı təhdid etməsi üzündən Mİ-6 kimi Mİ-5 də fəaliyyətini gücləndirməli olub.

Ötən ilin may ayında Mİ-5-in rəhbəri Endryu Parker Berlində avropalı həmkarları haqqında çıxış edərək, Rusiyanın beynəlxalq qanunvericiliyi pozduğunu bildirib və rəsmi Moskvanı ittiham edib. Parker deyib ki, Rusiya “hibrid taktikası” tətbiq edərək Avropa demokratiyasını sabotaj etməyə çalışır,

Картинки по запросу sergey skripal

Sergey Skripal

Mİ-5 rəhbərinin bu kimi ittihamlarının konkret səbəbi son illərdə Rusiya kəşfiyyatçılarının İngiltərə ərazisində RF-dən qaçaraq BB-yə casusluq edən zabitlərin özlərinə və ailə üzvlərinə qarşı törətdiyi sui-qəsdlərdir. Məsələn, Aleksandr Litvinenko və Sergey Skripalın zəhərlənməsinə dair qalmaqal hələ də səngiməyib.
Mİ-6-nın əməkdaşları arasında şox məşhur simalar da olub:

Dafna Park – britanoyalı kəşfiyyatçı, baronessa. Bir neçə il Moskvada Mİ-6-nın rezidenturasına rəhbərlik edib. Patris Lumumbanın qətlinin təşkilatçılarından biri;

Bryus Lokxart – britaniyalı diplomat, yazıçı-jurnalist;

Sidney Reyli – məşhur kəşfiyyatçı;

Картинки по запросу сомерсет moem

Somerset Moem – məşhur yazıçı, Mİ-6-nın casusu, ölkəmizdə daha çox “Ay və qara şahı” romanıyla tanınır;

Qrem Qrin – məşhur yazıçı, Mİ-6-nın casusu;

Frederik Forsayt – məşhur yazıçı, siyasi detektivlər müəllifi. Ölkəmizin oxucularına “Çaqqalın günü”, “Allahın yumruğu”, “Savaş köpəkləri”romanlarıyla tanışdır;

Klod Densi – məşhur kəşfiyyatçı;

Corc Bleyk – Mİ-6-nın zabiti. Sovet kəşfiyyatına işləyib. İfşa olunandan sonra Böyük Britaniyada 42 illik həbs cəzasına məhkum edilib. Türmədən qaçıb. Moskvada yaşayır, hərbi rütbəsi - DTK polkovniki. Hazırda 97 yaşı var.
İndiyədək Mİ-5-in 17 rəhbəri olub. Onların arasında iki qadın da var – Stella Riminqton və Eliza Buller.
Bəs Mİ-5-in ünvanına səslənən ittihamlar nə dərəcədə ciddidir?

Dünyada elə bir kəşfiyyat xidməti yoxdur ki, onun fəaliyyəti tam şəffaf və şübhələrdən xali olsun. Kəşfiyyat xidmətləri elə bir hərbi strukturlardır ki, sərəncamlarında arzuedilməz düşmənlərdən qurtulmaq üçün hər vasitə var – zəhərdən gülləyə qədər. Və ən ümdəsi, həyata keçirdikləri əməliyyatlara görə onları yalnız bir-iki şəxs sorğu-sual edə bilər – həmin əmrləri verənlər.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR