İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib - FOTOLAR (YENİLƏNİB)

3355 18.04.2018 18:28 Media A A

Bu ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayı keçirilmişdi və Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi seçilmişdi.

Musavat.com xəbər verir ki, həmin qurultayda Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilmişdi. Mətbuat Şurasının İdarə Heyəti isə 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət olaraq formalaşmışdı.

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibində Əflatun Amaşov, Vüqar Rəhimzadə, Rauf Arifoğlu, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Elçin Mirzəbəyli, Bəxtiyar Sadıqov, Aynur Camalqızı, Bahəddin Həziyev təmsil olunurlar.

İctimaiyyət nümayəndələri arasından Vüqar Səfərli, Müşfiq Ələsgərlıi, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov və Yadigar Məmmədli MŞ İH üzvləri sırasında yer alırlar.

İnternet portallarının təmsilçiləri arasından isə Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev və Anar İmanov MŞ-in İdarə Heyətinin üzvüdürlər.

Bu gün Mətbuat Şurası İdarə Heyətinin mart ayında seçilmiş yeni tərkibinin ilk iclası keçirilib.

****

İclasda ilk olaraq Şuranın sədr müavinləri seçilib. MŞ İdarə Heyətinin üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin namizədlikləri digər üzvlər tərəfindən dəstəklənib.

Bundan sonra Şuranın yeni icraçı katibinin müəyyənləşdirilməsi məsələsinə baxılıb. Bu vəzifəyə MŞ sədrinin təqdimatı əsasında tanınmış hüquqşünas, uzun müddət Şuranın hüquq komissiyasının işində yaxından iştirak etmiş Şəmsəddin Əliyevin namizədliyi təsdiqlənib.

İclasda MŞ-nin komissiyalarının sədrlərinin və tərkibinin müəyyənləşdirilməsi də həyata keçirilib. Məlumat verilib ki, qurumun İdarə Heyətinin üzvləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyanın işində iştirak edirlər. Nizamnaməyə görə, komissiyaya sədrliyi də Şura sədrinin müavinləri növbəlilik əsasında həyata keçirirlər. Tərkib 2 ildən bir yenilənir. Müzakirələrdən sonra Müşfiq Ələsgərli sədr olmaqla növbəti iki il müddətinə Şikayətlər üzrə Komissiyanın tərkibi təsdiqlənib.

Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının, İH üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin rəhbəri Azər Həsrət Beynəlxalq əlaqələr Komissiyasının, İH üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının, İH üzvü, BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli Dil Komissiyasının, İH üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı İnternet medianın inkişafı üzrə Komissiyanın sədrləri seçiliblər. Həmçinin komissiyaların, Şuranın “Apellyasiya qrupu”nun tərkibi təsdiqlənib.

İclasda Mətbuat Şurası haqqında qanun layihəsinin hazırlanması istiqamətində İşçi qrupunun fəaliyyəti məsələsinə baxılıb. MŞ-nin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə qrupun rəhbəri seçilib.

İclasda Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni sədri də təqdim olunub. Nizamnaməyə əsasən NTK-ya qurultay tərəfindən seçilmiş üç şəxs arasından NTK-nın sədri vəzifəsinə “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR