İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE müfəttişlərini İrandan çıxarır: Müharibə olacaq?

649 16.04.2024 19:52 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bölgədəki gərginlik fonunda müfəttişlərini müvəqqəti olaraq İrandan çıxarır.

Musavat.com xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

“Regiondakı gərgin vəziyyətə görə MAQATE müfəttişlərini müvəqqəti olaraq İranın nüvə obyektlərindən çıxarmaq qərarına gəlib”, – diplomat öz Telegram kanalında yazıb.

Bundan əvvəl MAQATE rəhbəri Rafael Qrossi Yaxın Şərqdə eskalasiyanın İranın nüvə obyektlərində müfəttişlərin işinə təsir etmədiyini bildirib. MAQATE rəhbərinin sözlərinə görə, İran hakimiyyəti agentliyə təhlükəsizlik məqsədilə aprelin 14-də respublikanın nüvə obyektlərinin bağlanacağı barədə məlumat verib. Qrossi qeyd edib ki, müfəttişlərin təhlükəsizliyi üçün təşkilat aprelin 16-da yoxlamalara qayıtmaq qərarına gəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR