İnsanlara hürriyət, millətlərə istiqlal!

LGBT bayrağını qaldıran ABŞ və Böyük Britaniya səfirliyinə sərt reaksiya: “Azərbaycan mütləq bu məsələyə dirəniş göstərməlidir”

1287 18.05.2023 15:36 Ölkə A A


Məlum olduğu kimi ötən gün Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin binası qarşısında LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) bayrağı ucaldılmışdı.  Bunun ardınca ABŞ-ın Azərbaycandakı səfirliyi öz ərazisinin həyətində LGBT bayrağını ucladararaq, bununla bağlı “Facebook” səhifəsində paylaşım etdi. Səfirlikdən paylaşıma bu cür şərh yazılaraq, bildirilmişdi:

“Beynəlxalq Homofobiya, Bifobiya, İnterfobiya və Transfobiya ilə Mübarizə Günündə (IDAHOBIT) Birləşmiş Ştatlar dünyada bütün lezbiyan, gey, biseksual, transgender, queer və interseks (LGBTQI+) fərdilərin insan hüquqlarını bir daha təsdiq edir, onların verdikləri töhfələri qeyd edir, və bu fərdlərə qarşı davam edən ayrı-seçkiliyə və zorakılığa son qoymağı öhdəliyini üzərinə götürür”.

Qeyd edək ki, bu olay Azərbaycan cəmiyyətində ciddi etirazlara, narazılığa səbəb olub. Qeyd olunub ki, Azərbaycanda bu cür azlıqlara heç bir təzyiq göstərilmir, təqibə məruz qoyulmur, amma milli əxlaqi dəyərlərə zidd olan davranışı aqressiv şəkildə təbliği yolverilməzdir.

“Bu məsələ təkcə Amerikanın, Böyük Britaniyanın işi deyil. Ümumiyyətlə, indi  beynəlxalq güc mərkəzləri var ki, onlar ölkələrə bu dəyərləri sırıyırlar. Beləliklə, onlar bu dəyərləri bütün dünyaya sırıyır və yeni dünya qurmaq, düzəltmək istəyirlər”.

c1c85733d63a8e6c1b8cb0a25dbfa6a0.jpg (42 KB)

Bu sözləri AĞ Partiya sədri Tural Abbaslı mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib. Partiya sədri qeyd edib ki. Bu gün demokratiya sözü az qala LGBT sözü ilə sinonimləşdirilib:

“Yəni hər hansı bir ölkədə LGBT deyilən topluma neqativ bir  münasibət varsa, deyirlər ki, həmin ölkədə demokratiya yoxdur. Əslində, bu hərəkat insanlığa həm insani, bioloji, həm də mənəvi, dini baxımından ziyandır, zərərlidir və təbliği anlaşılmazdır. Sadəcə olaraq, qeyd etdiyim kimi bu cür əxlaqsız dəyərləri dünyaya sırıyıb, qəbul etdirməyə çalışırlar. Məqsədləri nədir? Bunu özləri bilər, amma hər halda Azərbaycan kimi ölkələr buna dirəniş göstərməlidir. Necə ki, öz milli-mənəvi dəyərlərini, keçmişini, adət-ənənələrini, tarixini, kimliyimizi qoruyuruq, eləcə də bundan müdafiə olunmalıyıq. Çünki bu, bütün dəyərlərin, o cümlədən ailə dəyərlərinin, ailə institutunun, ata-ana sözünün, valideyn, övlad anlayışının  üzərindən xətt çəkir. Əgər bir cəmiyyətdə ailə institutu  məhv edildisə, deməli, həmin cəmiyyətin gələcəyi yoxdur. Yəni ailənin özü kiçik dövlətdir. Bu baxımdan həm Azərbaycan, həm də digər mühafizəkar cəmiyyətlərin deqradisiyaya uğradıb, onları kütlə halına gətirib, rahat şəkildə idarə etmək istəyirlər.

Ötən gün partiya olaraq həm Böyük Britaniya və ABŞ səfirliyinə öz etirazımızı bildirmişik”.

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR