İnsanlara hürriyət, millətlərə istiqlal!

İDDİA: "Araik Arutyunyan məhv edilib" - ermənilər inkar edir VİDEO

11204 01.11.2020 17:45 Son xəbər A A

Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Musavat.com-un xəbərinə görə, bu barədə Türkiyə saytları məlumat yayıb.

Bildirilir ki, qondarma rejimin başçısı Arayik Arutyunyanın da içində olduğu hərbi karvan Azərbaycan Ordusunun PUA-ları tərəfindən vurulub.

Məlumata görə, A.Arutyunyan məhv edilən hərbi avtomobil karvanında olub.

*** 17:45

Araik Arutyunyanın mətbuat katibi Vaqram Poqosyan bu dəqiqələrdə açıqlama yayıb. O deyib ki, Arutyunyanın ölüm xəbəri yalandır.

Haqqında yayılan ölüm xəbəri və bu açıqlamaya baxmayaraq, qondarma "prezident" hələ də ortaya çıxmayıb.

Musavat.com qeyd edir ki, qondarma "dqr"in müdafiə naziri adlandırılan Camal Arutyunyan da məhv ediləndə ermənilər bu cür inkar taktikası seçmişdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR