İnsanlara hürriyət, millətlərə istiqlal!

İnsanları "guruldadaraq" milyonlar qazanır – VİDEO

891 03.02.2024 21:22 Maraqlı A A

Özünü dünyada boks yarışlarının əvəzolunmaz rinq aparıcısı kimi tanıdan Maykl Baffer uğura gedən yolu tapanda 38 yaşı var idi. Özü bu haqda belə danışır:

“Bir dəfə oğlumla televizorda boks yarışını izləyirdim. Rinqdəki aparıcı yarışmacıları o qədər pis təqdim edib danışırdı ki, 12 yaşlı oğlum dedi ki, “ata, sən bunu daha yaxşı bacararsan” və elə bil ki, bu söz ağlıma batdı və özüm üçün rinqdəki kimi təqdimat hazırlayıb məşq etməyə başladım.

Təzə-təzə bu, çox pis alınırdı. Sonra isə auditoriyanın diqqətini cəlb etmək üçün cümlələr qurmağa başladım. “Kəmərlərinizi bağlayın, başlayırıq” kimi müraciətlərdən istifadə etdim. Amma bunların heç biri tamaşaçıları ələ almaqda kömək etmirdi. Zal coşmurdu”.

Bunlara baxmayaraq, Maykl ruhdan düşmür və sonda onu boks yarışlarının məşhur aparıcısı edən həmin o 5 sehrli sözü tapa bilir.

“Birdən Məhəmməd Əlinin yarışdan öncə rəqibini əsəbləşdirmək üçün dediyi sözləri xatırladım. O, “mən çox güclüyəm, yarışa hazıram, gəl, dalaşaq, gəl, səni sındırım, mən səni parçalamağa hazıram” kimi sözlər mırıldanırdı”, – deyə Maykl bildirib.

Maykl Məhəmməd Əlinin dediklərindən özünə lazım olan sözləri tapır və həmin cümlə belə səslənirdi: Guruldamağa hazır olun (Let’s get ready to rumble). Məhz bu sözlərlə rinqdən müraciət tamaşaçıları o qədər coşdurur ki, Maykl ulduza çevrilir. Baffer familiyası artıq məşhur idi.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR