İnsanlara hürriyət, millətlərə istiqlal!

Əziz Ələkbərli: "Qərbi Azərbaycanda təkcə soydaşlarımız deyil, mədəni dəyərlərimiz də soyqırımına məruz qalıb"  

411 08.07.2024 13:07 Ölkə A A


"Qərbi Azərbaycanda təkcə soydaşlarımız deyil, mədəni dəyərlərimiz də soyqırımına məruz qalıb".

Musavat.com bildirir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli "İmza" Sosial İnkişafa Dəstək ictimai birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "Qərbi Azərbaycana qayıdış tarixi, mədəni və hüquqi əsasları" adlı beynəlxalq konfransda deyib.

"Son 200 ildə əzəli-tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda soydaşlarımıza qarşı saysız-hesabsız deportasiya soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirilib. Xüsusilə bu etnik təmizləmə XX əsrdə soyqırımı və deportasiya ilə müşahidə edilib. Yalnız soydaşlarımız soyqırımına məruz qalmayıb, eyni zamanda mədəni dəyərlərimiz soyqırımına məruz qalıb. Ermənilər bu əraziyə köçürüldükdən sonra oradakı Azərbaycan izlərini yer üzündən silmək siyasəti və bununla da Qərbi Azərbaycanda yaşadıqlarını sübut etmək siyasəti həyata keçiriblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib, ya da tamamilə ermənilişədirə bilmədiklərinə görə dağıdılıb",- deyə Əziz Ələkbərli qeyd edib.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR