İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan 4 kəndlə bağlı MÜHÜM açıqlama- VİDEO

1782 13.03.2024 14:08 Son xəbər A A

“4 kəndin geri qaytarılacağı təqdirdə Azərbaycan bölmələri məktəblərin, uşaq bağçalarının və dövlət müəssisələrinin yaxınlığında yerləşəcək”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentində “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan söyləyib.

QARNİK.jpg (48 KB)

Onun sözlərinə görə, Aşağı Əskipara kəndinin Azərbaycana keçəcəyi halda 1990-cı illərdə formalaşmış müdafiə xətti tamamilə yox ediləcək, bununla “Azərbaycan Ermənistan sərhədlərinin dərinliklərinə irəliləyəcək”.

“Ermənistana daxil olan qaz kəməri də həmin kənddən keçir və Azərbaycan tərəfinin nəzarəti təmin olunarsa, qaz kəməri də Bakının nəzarətinə keçəcək. Onu da bilmək çox vacibdir ki, Tavuşun kəndləri köçürülərsə, Azərbaycan bölmələri məktəblərə, uşaq bağçalarına, dövlət qurumlarına yaxın ərazidə yerləşəcək və bununla da onların normal fəaliyyəti qeyri-mümkün olacaq. Bakının tələbləri yerinə yetirilərsə, Azərbaycan bölmələri yolun 5 kəsişmə olan hissəsində yerləşdiriləcək. Bu, İrəvan-Tiflis magistral yolunun tam üzərindədir. Bunun nəticəsində dövlətlərarası yolun saxlanılması qeyri-mümkün olacaq. Belə olan halda Ermənistan unikal anklava çevriləcək, Azərbaycan bütün Ermənistanı mühasirəyə almağa çalışacaq”, - deyə Danielyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR