İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: "Azərbaycan Fərrux kəndindən xeyli böyük ərazini nəzarətə alıb"

1492 30.03.2022 16:25 Region A A

 

Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyan bildirib ki, çoxları Fərrux kəndinin və Qaraqlux dağının ərazi-strateji baxımdan nə olduğunu bilmirlər.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Onun sözlərinə görə, son həmlə zamanı Azərbaycan Qaraqlux dağı ərazisində Fərrux kəndindən xeyli böyük ərazini nəzarətə alıb. “Bunu ona görə yazıram ki, kimlərsə məlumatsızlıqdan və ya qəsdən yalnız Fərrux kəndini müzakirə predmetinə, prinsipial obyektə çevirsələr də, strateji baxımdan Qaraqlux dağ silsiləsinin müxtəlif hissələri bir neçə dəfə daha çox təhlükə yaradır. Azərbaycanlılar Fərruxdan aralıq zona kimi istifadə ediblər”,- deyə, müxalifətçi deputat bildirib. Ardınca iddia edib ki, Azərbaycan dağa nəzarəti təmin edəndən sonra dolama yollar çəkib: “Onların məqsədi Qarağluxun müxtəlif hissələrini yarıb mövqelər yaratmaq, möhkəmləndirmək, fasiləsiz təchizatı təmin etməkdir”.

Deputat deyib ki, əgər Azərbaycan öz qoşunlarını ilkin mövqelərinə qaytarmasa, “o zaman bizim belimizi qırmaq üçün hazırda nəzarətimizdə olan artsax sektorunda görünməmiş vəziyyət yaranacaq.
Artsax indiki statusunda və mövqeyində artıq ciddi problemlər yaşayır və Azərbaycan yeni əməliyyatı ilə daha çətin vəziyyət yaradıb”,-deyə Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR