İnsanlara hürriyət, millətlərə istiqlal!

"Chevron" “Əsrin müqaviləsi”indəki payını Macarıstan şirkətinə satır

377 10.10.2019 15:49 İqtisadiyyat A A
 

Macarıstanın energetika şirkəti MOL ABŞ-ın "Chevron" şirkətinin Azərbaycandakı neft yatağındakı payının 2 milyard dollardan baha qiymətə alınması barədə danışıqlar aparır.

Bu barədə "Reuters" agentliyi bank və neft sahəsindəki mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, əvvəlcə MOL "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağındakı iki neft şirkətinin - "Chevron" və onun daha böyük rəqibi olan ABŞ-ın "Exxon Mobil" şirkətlərinin payları ilə maraqlanıb, lakin sonradan yalnız "Chevron"un 9,57%-lik payının satın alınması üçün təklif edib.

"Chevron" və MOL məsələyə şərh verməkdən imtina edib. 

Xəbərdə qeyd olunur ki, danışıqlar Baş nazir Viktor Orbanın başçılıq etdiyi Macarıstan hökumətinin Mərkəzi Asiya ölkələri ilə daha yaxın əlaqələr qurmaq kursunu açıqlamasından sonra başlayıb.

"Chevron" və "Exxon Mobil" şirkətləri hazırda yenidən yerli istehsala yönəliblər və buna görə "Exxon Mobil" AÇG-dəki 6,8%-lik payı üçün alıcı axtarışlarını davam etdirəcək. Banklardakı mənbələrin məlumatına görə, satış prosesini "Bank of America Merrill Lynch" (BAML) həyata keçirir.

BAML da məsələyə şərh verməkdən imtina edib. (Virtualaz.org)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR