İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu 3 qadının gördüyü iş təəccübləndirir - VİDEO

1129 08.03.2024 13:50 Maraqlı A A

Ülviyyə, Ləman və Esmira xanım. Biri təkər təmir edir, dəyişir, biri satır, digəri isə hesab-kitab işlərini görür.

Bu 3 xanım 3 il öncə təkər təmiri və satışı ilə məşğul olmaq üçün mağaza açıblar.

"Müştərilərimizin 90 faizi təəccüblə qarşılayır. Xanım və təkər işi", - deyən Ülviyyə xanım atasını uşaq yaşlarında itirib.

İllər öncə həm də qaydasız döyüş növü üzrə idmanla məşğul olan Ülviyyə xanım deyir ki, 9 bacı-qardaş olan başçısız ailənin ehtiyaclarını qarşılamaq üçün yeniyetmə yaşlarından işləməyə məcbur olub. 16 yaşından başlayaraq ustaların yanında bu işin sirlərini öyrənməyə başlayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR