İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya XİN-in missiyası “Yeni Müsavat” Media Qrupunda - FOTO

964 05.03.2024 17:50 Media A A

Cənubi Qafqaz komandasının rəhbəri Maykl Kokl və Şərq Araşdırmalar Qrupunun Baş Tədqiqat analitiki Cenifer Tobias Britaniya Xarici İşlər Nazirliyinin missiyası olaraq Azərbaycandadır.

Onlar Azərbaycana səfər çərçivəsində “Yeni Müsavat” Media Qrupunda da olublar. Qonaqlar redaksiyamızı gəziblər, əməkdaşlarla görüşüblər, onlara suallar veriblər. Böyük Britaniya XİN missiyasının təmsilçiləri “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunu dinləyiblər.

Azərbaycanda mətbuatın vəziyyəti, hansı kateqoriya xəbərlər öndə gəlir, qəzetin və medianın əsas mövzusu nədir, qırmızı xətlər varmı, Azərbaycan mediasında və konkret olaraq “Yeni Müsavat” Media Qrupunda qırmızı xətt varsa, onlar nədir, Ermənistan-Azərbaycan münasibətləri, Azərbaycanın qonşuları ilə münasibətləri və digər mövzularda, o cümlədən də gender bərabərliyi ilə bağlı çoxsaylı suallar verilib. Yekunda qonaqlar qeyd ediblər ki, aldıqları məlumat onlar üçün çox maraqlıdır və bəzi hallarda isə yenidir. Qonaqlar “Yeni Müsavat” Media Qrupunun əməkdaşlarına, kollektivinə uğurlar arzulayıblar.

Sonda xatirə fotosu çəkdiriblər.

WhatsApp Image 2024-03-05 at 17.29.18.jpeg (216 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR