İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük təhlükə YAXINLAŞIR: 127 milyondan çox insan risk altındadır

1140 21.04.2024 18:47 Hadisə A A

Çinin Quandun əyalətində (Çinin cənubu) iri çayların daşması genişmiqyaslı daşqınlara səbəb ola bilər.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Qeyd olunub ki, 127 milyondan çox insan risk altındadır.

Sinoptiklər xəbərdarlıq edir ki, Xijiang və Pekin çaylarının səviyyəsi təhlükəli həddə yaxınlaşır. Üstəlik, belə bir daşqın olduqca nadir hallarda baş verir.

Yerli hakimiyyət orqanlarına mümkün təbii fəlakətə hazırlıq işlərinə başlamaq, tikinti materiallarını, yaşayış yerlərini, içməli suyu əvvəlcədən hazırlamaq tapşırılıb.

Məlumata görə, son həftələr əyalətdə güclü leysan yağıb.

Qeyd olunur ki, Quandun əyalətinin Çinjuan şəhərində artıq 20 min nəfər təxliyə edilib. Zhaoqingdə isə elektrik enerjisi kəsilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR