İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya insan hüquqları sahəsində ümumavropa normalarından imtina edir

419 13.09.2020 17:36 Dünya A A

Böyük Britaniya hökuməti insan haqları sahəsində ümumavropa normalarından vaz keçir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Telegraph” qəzetində məlumat yayılıb.

Qəzetin informasiyasına əsasən, Baş nazir Boris Consonun kabineti məhkəmələrin tətbiq etdiyi hüquq sahəsini daraldacaq yeni qanunvericilik təklifi hazırlayır. Burada söhbət, əsasən, 1998-ci ildə qəbul olunmuş İnsan hüquqları haqqında qanunun müddəalarından gedir.

Bu aktdan imtina olunması ən çox Böyük Britaniyada məskunlaşan miqrantlara zərbə vuracaq. Belə ki, əvvəlki qanunvericiliyə əsasən, mühacirlər və qaçqınlar deportasiya təhlükəsindən qurtula bilirdi.

“The Telegraph” rəsmi Londonun bu addımının Avropa Birliyi ilə münasibətləri daha da korlayacağını yazıb.

Bu ilin yanvar ayında Böyük Britaniya “Breksit”dən sonra ölkə ərazisində qalan Avropa Birliyinin vətəndaşlarının avtomatik deportasiyasından vaz keçmişdi. Lakin yeni qanunlara görə, AB vətəndaşları 2021-ci ilin iyun ayına qədər müvafiq arayış təqdim etməlidirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR