İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson müharibənin bitəcəyi tarixi açıqladı, Ukraynanın qalib olacağını söylədi – VİDEO

2221 29.02.2024 17:49 Müsahibə A A

 

İngiltərənin sabiq baş naziri, planetimizdəki ən məlumatlı şəxslərdən biri olan Boris Conson sensasion sayıla biləcək açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, o, məşhur ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində Ukraynanın qalib gələcəyini, Putinin və Rusiyanın qələbəsinin qeyri-mümkünlüyünü, Ukraynanın heç bir halda tək buraxılmayacağını əminliklə dilə gətirib. O deyib ki, biz imkan verə bilmərik ki, Ukrayna və xalqı məğlub olsun, alçaldılsın. Qordonun-“Bəs sizin  fikrinizcə müharibə nə zaman bitəcək?”,-sualına isə Boris Conson belə bir cavab verib:

“Bəlkə heç gələn il də müharibə bitmədi. Müharibə o zaman başa çatacaq ki, Rusiya, Putin heç vaxt geri çəkilməyəcək bir qüvvənin qarşısında tək qaldığını anlayacaq. Biz heç vaxt Ukraynanın alçaldımasına, məğlub olmasına imkan verməyəcəyik. Ukraynaya dəstəyi getdikcə artıracağıq. Lakin mən düşünürəm ki, bir şərt var ki, vəziyyəti kökündən dəyişə bilər. Müharibənin  tez bitməsinin açarı Krımın ələ keçirilməsi ilə bağlıdır. Putin Krımın əldən gedəcəyini hiss etsə, Kremldə vəziyyət tamamilə dəyişəcək. Mən Putinə deyərdim ki, rədd ol get Ukraynadan, öz rahatlığın üçün çıx get. Onlar onsuz da KİV-i nəzarətdə saxlayırlar. Putin izah edər ki, Ukraynanı millətçilərdən tamam təmizləmək vəzifəsini icra edib".

Musavat.com oxucuların böyük bir hissəsinin rus dilini bildiyinə ümid edərək, geniş müsahibədən həmin parçanı təqdim edir:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR