İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Sumqayıta metro xətti ÇƏKİLƏCƏK? - RƏSMİ

2085 13.03.2024 21:02 Son xəbər A A

Milli Məclisdə ictimai dinləmələr zamanı deputat Fəzail Ağamalı Sumqayıta metro çəkilməsinin əhəmiyyəti barədə danışıb. Deputat təklif edib ki, eyni zamanda Sədərək bazarı tərəf ən çox tıxac ola yerdir, ona görə də Lökbatan tərəfə də metro salınsın.

Həqiqətən də, Bakıda tıxacların son zamanlar dözülməz bir hal aldığı hər kəsə məlumdur. İnsanlar demək olar ki, günün yarısını tıxaclarda keçirir.

Vətəndaşların hər gün işgəncə yaşadığı Bakı-Sumqayıt yolunda da eyni hal yaşanır. Səhər saatlarında şəhərə doğru, axşam saatlarında isə əks istiqamətdə hərəkət iflic olur. Eyni hal Xırdalan dairəsində də yaşanır. Günün pik saatlarında insanlar uzun müddət tıxaclarda qalırlar. İctimai nəqliyyatdakı çətinliklər, yolların həddən artıq tıxaclarla yüklənməsi bu istiqamətlər üzrə hərəkəti iflic edir.

Bəs sərnişinlər üçün daha əlverişli olan metro xətti Sumqayıt istiqamətində çəkilə bilərmi? Ümumiyyətlə, Sumqayıt, Xırdalana metro xətti çəkilə bilərmi?

Bu barədə danışan "Bakı Metropoliteninin" mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a bildirdi ki, Bakı metropoliteninin konseptual inkişaf sxemində belə bir məsələ yoxdur:

“2011-ci ildə təsdiq olunmuş Bakı metropoliteninin konseptual inkişaf sxemi və sonuncu olaraq 2023-cü ildə təsdiq olunmuş Bakı şəhərinin baş planı var. Onların heç birində qeyd edilən ərazilərə metro xəttinin çəkilməsi barədə məlumat yoxdur. Sumqayıta və ya digər ərazilərə metro xəttinin çəkilməməsi üçün hər hansısa məsələlər var, lakin bunu bizim dəf etməyə səlahiyyətimiz çatmır. Amma biz bilirik ki, Bakının baş planı barədə təqdimatda da ətraflı şəkildə şəhərin əsas inkişaf istiqamətləri, şəhər üçün ən vacib nəqliyyat infrastrukturunun qurulması və digər məsələlər öz əksini tapıb”.

Metropoliten rəsmisi qeyd edir ki, hər hansısa bir əraziyə metro xəttinin çəkilməsi onların səlahiyyətində olan məsələ deyil. Onun sözlərinə görə, hazırda 3 metro xətti var, lakin Bakı metropoliteninin konseptual inkişaf sxeminə görə, ümumən 5 metro xətti və 76 stansiyadan ibarət olmalıdır. Bundan əlavə xəttlərin ümumi uzunluğu isə 119, 1 kilometr təşkil etməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR