İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan arasında yeni müharibə olacaq - ABŞ kəşfiyyatı ŞOK hesabat yaydı

2063 13.03.2024 13:30 Son xəbər A A

ABŞ Milli Kəşfiyyatı Direktorluq ofisi “İllik təhdidlərin dəyərləndirilməsi” adlı xüsusi hesabat yayımlayıb.

Musavat.com xəbər verir ki, hesabatda Azərbaycana xüsusi bölmə ayrılıb.

Sənədin 15-ci səhifəsində Rusiyanın bölgədə təsir imkanlarının zəiflədiyi qeyd olunur. Hesabat müəllifləri buna nümunə olaraq “Rusiyanın 2023-cü ilin sentyabrında Azərbaycanın keçirdiyi uğurlu hərbi əməliyyata mane ola bilməməsini” göstəriblər.

Göründüyü kimi, burada hətta Rusiyaya “Azərbaycana niyə mane olmadın” deyə qınaq da çəkilir.

Hesabatın bir bölümü (26-27-ci səhifələr) Azərbaycan-Ermənistan münaqişəsinə həsr olunub. Burada Azərbaycanla Ermənistan arasında münasibətlərin gərgin qalacağı qeyd olunur. Hesabat müəllifləri Azərbaycanın Qarabağı geri qaytarması nəticəsində bölgədə qeyri-sabitliyin xeyli azaldığını və hərbi qarşıdurmanın müddəti və intensivliyinin məhdud ola biləcəyini etiraf edirlər.

“Bununla belə, ikitərəfli sülh müqaviləsinin yoxluğu, silahlı qüvvələrin bir-birinə yaxın yerləşməsi, atəşkəs rejiminin tətbiqi mexanizminin olmaması və Azərbaycanın Ermənistanla danışıqlarda məqsədlərinə çatmaq üçün hərbi təzyiqdən istifadə etmək istəkləri yerində qalacaq. Üstəlik, “Dağlıq Qarabağa” (Qarabağa - red.) nəzarətin etnik ermənilərdən azərbaycanlılara keçməsi və Azərbaycanın bu ölkəni Naxçıvanla birləşdirən quru dəhlizinə çıxış tələb etməsi silahlı qarşıdurma riskini artıracaq”, - deyə sənəddə qeyd olunur.

Sənəddə 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun “dqr özünümüdafiə qüvvələrinin” (Qarabağda erməni terror qruplaşmalarının - red.) məğlubiyyətinə və “dqr” (qondarma - red.) hakimiyyətinin de-fakto təslim olmasına səbəb olan hərbi əməliyyat keçirdiyi xüsusi vurğulanıb.

Hesabatı tərtib edənlərin fikrincə, bölgənin etnik erməni əhalisinin böyük hissəsinin sürətlə köçü və yerli separatçı “hökumətin” özünü buraxması Bakıya regionun Azərbaycanla inteqrasiyası planlarını həyata keçirməsinə və Qarabağ problemini ikitərəfli sülh gündəliyindən faktiki olaraq çıxarmasına imkan verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR