İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycanda müxalifətdə olanların heç birinin ölkəni idarə etmək şansı yoxdur” – Rəsul Quliyev

1177 15.09.2020 15:43 Siyasət A A

“Azərbaycanda müxalifətdə olanların heç birinin ölkəni idarə etmək şansı yoxdur. Heç kiçik bir partiyanı normal yaradıb işlədə bilmirlər. Ona görə Azərbaycanda reformalar yolu ilə xalqın rəğbətini qazanmaq hökümətin üzərinə düşür”.

Musavat.com-un xəbərinə görə, bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin sabiq Rəsul Quliyev özünün sosial şəbəkədəki hesabında yazıb.

R.Quliyev qeyd edib ki, bu günə qədər heç bir işlə məşğul olmayan reytinqsiz Kərimlini, Həsənlini, kənd jurnalisti Hacılını (Mütəllibovun hakimiyyəti qoyub qaçandan sonra yarı demokratik, yarı saxtakarlıqla hökümətdə işləmiş bu adamlar bir illik fəaliyyətləri nəticəsində ölkədəki idarəçiliyin bütün hüceyrələrini məhv etmişdilər) tənqid etməklə onlara qarşı diqqəti gücləndirmək kimə və nəyə lazımdır?

Eks-spiker sözlərini belə davam edir: “Xəstə Tofiq Yaqubluya (etdiyi cinayət əgər həqiqətdirsə) o səviyyədə həbs cəzası vermək kimə lazımdır? Düşünürəm ki, əgər o hətda cinayət işlətmiş olsaydı ona qarşı maksimum cərimələmək və ya şərti iş vermək olardı. Hesab edirəm ki, xalqın etimadını qazanmaq üçün boş və mənasız "müxalifətə" baş qoşmadan korrupsiya və rüşvətlə real mübarizə davam etdirilməli və fundamental reformalar başlanmalıdır...” deyə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR