İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil yarışında FACİƏ - Ölənlər var

519 21.04.2024 18:25 Hadisə A A

Şri-Lankada keçirilən avtomobil yarışında avtomaşlardan birinin xətdən çıxaraq azarkeşlərə çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bu barədə Şri-Lankanın “Newsfirst” portalı məlumat yayıb.

Qəza adada keçmiş hərbi qarnizonun ərazisində keçirilən “Fox Hill Super Cross” yarışında baş verib.

Yarışlar yerli əhali arasında populyardır. Bu il yarışı izləməyə 100 mindən çox insan gəlib.

Ölənlər arasında uşaqlar da var.

Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Onlardan dördünün vəziyyəti ağır qiymətləndirilir.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR