İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası Kiyevə 1,5 milyard avro məbləğində yardımın növbəti tranşını köçürüb

308 24.04.2024 15:40 Dünya A A

Avropa Komissiyası 2027-ci ilə qədər nəzərdə tutulan ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində Ukraynaya 1,5 milyard avro məbləğində büdcə yardımının növbəti tranşını köçürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında bildirilib.

"Avropa Komissiyası fond çərçivəsində Ukraynaya 1,5 milyard avro məbləğində fövqəladə maliyyələşdirmənin ikinci tranşını köçürüb", - məlumatda qeyd edilib.

Vurğulanıb ki, 2024-cü ilin ilk üç ayı üçün 4,5 milyard avroluq ilk tranş mart ayında ödənilib.

Qeyd edilib ki, yeni tranşın köçürülməsindən sonra Aİ-dən Kiyevə yardımın ümumi məbləği onun hesablamalarına görə 98,5 milyard dollara yüksəlib.

Bizim Telegram kanalımıza abunə olun

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR