İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin AzTV-də gözlənilən müsahibəsi Ermənistanı ÇALXALADI

2757 13.03.2024 12:20 Son xəbər A A

Bakıda həbsdə olan qondarma “artsaxın keçmiş başçısı” Araik Arutyunyanın Azərbaycan Dövlət Televiziyasına müsahibə verməsi Ermənistanda ciddi rezonans doğurub.

Ermənistan KİV-lərinin məlumatına görə, Araik Arutyunyanın açıqlamaları siyasi dairələrdə ciddi narahatlığa səbəb olub.

Onlar hesab edirlər ki, A.Arutyunyan Ermənistan və erməni xalqı üçün ağır nəticələrə səbəb ola biləcək bəyanatlar verə bilər.

“Məsələn, rəsmi Bakı “artsaxın keçmiş prezidenti”nin bəzi sözlərinə əsaslanaraq Ermənistanı işğalçı və “artsax”dakı müharibələrə cavabdeh kimi tanıtmağa cəhd edə bilər”, - deyə mətbuat rəsmi İrəvanın narahatlığını ifadə edib.

Ermənistan siyasi dairələri Araik Arutyunyanın müsahibəyə məcbur edildiyi barədə hay-küy salmaqla insan hüquqlarının pozulduğuna dair cəhdlər edir, beynəlxalq təşkilatların diqqətini bu istiqamatə yönəltməyə çalışırlar.

Qeyd edək ki, A.Arutyunyanın müsahibəsi tam olaraq martın 28-də AzTV-də nümayiş olunacaq. (Modern.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR