İnsanlara hürriyət, millətlərə istiqlal!

İLYAS İSMAYILOV ƏLİ HÜSEYNLİDƏN PREZİDENTƏ ŞİKAYƏT ETDİ

1139 15.02.2013 09:26 Ölkə A A

Əli HüseynliModern.az-ın məlumatına görə, deputatın İlham Əliyevə göndərdiyi məktubda deyilir: “Möhtərəm Prezident! Siz dəfələrlə bizi ağac qurdu kimi içərimizdən yeyən korrupsiyanı ölkəmiz üçün böyük bəla və ləkə hesab edərək hamını bununla mübarizəyə çağırmısınız... Mən həm bütün bunları, həm də Sizin korrupsiyaya qarşı mübarizə mövqeyinizi dəstəkləyərək 2011-ci ildə Milli Məclisə bu barədə qanun layihəsi təqdim etdim. Amma o, Hüquq siyasəti və dövlət quruculuğu komitəsində yalnız iki ildən sonra ”müzakirə" edildi və parlamentin plenar iclasına tövsiyə olunmadı. Təəssuf doğuran odur ki, komitə üzvləri bu mövqelərini ortaya qoyanda “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin tələblərini nəzərə almadılar... Hesab edirəm ki, komitə yanlış və korrupsiyaya töhfə verən bir mövqe tutdu. Əfsuslar olsun ki, bu hüquqi nihilizm korrupsiya hallarının cəmiyyətimizi çökdürdüyü bir vaxtda baş verir. Bütün bu göstərilənləri nəzərə alaraq qanunvericilik təşəbbüsü hüququnuzdan istifadə etməklə Milli Məclisə bu məsələ ilə bağlı layihə göndərməyinizi xahiş edirəm. Əminəm ki, mənim layihəmi ötəri və səthi müzakirə edib ciddi əsas göstərmədən geri qaytaranlar sizin adınızla bağlı layihəyə analoji münasibət bildirməyə cəsarət etməzlər".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR