İnsanlara hürriyət, millətlərə istiqlal!

Ziya Məmmədovun bacısının direktor olduğu məktəbdən reportaj

2178 15.10.2013 09:12 Ölkə A A
Ötən gün bu qalmaqala münasibətini öyrənmək üçün Məhbubə Məmmədlinin direktor olduğu liseyə getdik. 
Liseyin həyətində sakitlik hökm sürürdü. Əsas qapıdan liseyin binasına daxil olduq. Girişlə üzbəüz yerləşən kiçik otaqdan çıxan məktəbin qadın qapıçısından direktorun otağının harda yerləşməsini xəbər aldıq. Otağın harda olduğunu bilmədiyini söyləyən qadın təmizlik işləri görən digər bir qadını işarə edərək ondan soruşmağımızı tövsiyə etdi. Həmin xanım isə M.Məmmədovanın bu gün ümumiyyətlə liseyə gəlmədiyini bildirdi. Onun sözünü təsdiqləyən liseyin mühafizəçisi Vüqar adlı şəxs də artıq katibənin də getdiyini söylədi. 
Liseyin tədris hissə müdirlərindən biri ilə görüşmək istədiyimizi söylədik. Bütün müdirlərin liseydə olmadığını deyən mühafizəçi, müəllimlərdən birinə zəng vurdu. Yekunda məktəbdə heç bir məsul kəsin qalmadığını bildirdi. 
Biz liseydə saat 16:00 radələrində olmuşuq və həmin vaxt məktəbdə hələ dərs gedirdi. Həmin liseydə tədris iki növbə üzrə aparılır. Absurd məsələdir ki, saat 4-də məktəbdə heç bir tədris hissə müdiri, ya da bir müəllimə olmasın ki, suallarımızı cavablandırsın. 
Məktəbin digər qapısından çıxaraq həyətdə övladlarını gözləyən valideynlərlə söhbət etdik. Valideynlər bu məktəbin yaxın ətrafda yerləşən əksər məktəblərdən daha yaxşı olduğunu dedilər. Sual verdiyimiz bir neçə valideyn də məktəbdən razılıq etdi. 
Valideynlərdən biri dedi ki, ötən gün Ziya Məmmədovun baldızı dünyasını dəyişib. Ola bilsin Məhbubə müəllimə yas yerinə gedib.
Buna baxmayaraq, biz Məhbubə Məmmədova ilə yenidən əlaqə saxlamağa çalışacağıq. Bayramdan sonra yenə də onunla görüşmək üçün liseyə gedəcəyik. Bəribaşdan deyək ki, M.Məmmədova bizə müsahibə verərsə, o müsahibəni olduğu kimi çap edəcəyimizə söz veririk.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR