İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisindən oruc tutan sürücülərə xəbərdarlıq

3101 26.07.2014 12:36 Ölkə A A
Ramazan bayramı münasibəti ilə qarşıdan gələn istirahət günlərində Bakıda və ölkə ərazisində avtomobil yollarında intensivliyin artacağı ilə bağlı yol polisi sürücülərə müraciət edib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. Yol polisi sürücülərə nasaz avtomobillər vasitəsilə yola çıxmağı məsləhət görmür:
 
“Əsas məsələlərdən biri də, havaların isti keçməsi ilə əlaqədar yaranan problemlərdir. Bu üzdən sürücülər çalışsınlar ki, soyuducu sistemi olmayan avtomobillərlə yola çıxmasınlar. Məcbur qaldıqda isə belə maşınlarla yalnız günü sərin vaxtı, səhər yaxud axşamtərəfi getsinlər. Əsasən də oruc tutan sürücülər daha diqqətli olmalıdırlar”..
 
Polis rəisi bir daha sürücüləri yol hərəkəti qaydalarına riayət etməyə çağırıb: “Magistral yollarda sürət həddini aşmasınlar. Dönmə və ötmə əməliyyatlarını yerinə yetirərkən ehtiyatlı olsunlar. Yüksək musiqi səsləndirərək maşın sürməsinlər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR