İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərdə Rəsulzadənin büstünün yerində YAP-a qərargah tikilir

1038 19.06.2013 09:37 Ölkə A A
Ona görə də Müsavatın Tərtər rayon təşkilatının üzvləri həmin ərazini abadlaşdırıb çoxlu sayda ağaclar əkiblər. Uzun illər öncə əkilən ağaclar böyüdüyündən ətrafda geniş yaşıllıq əmələ gəlibmiş. 2008-ci ilə qədər yerli müxalifətçilər bayram tədbirlərini həmin büstün qarşısında keçirirmişlər. 2008-ci ilin yanvarında büst müəmmalı şəkildə yoxa çıxıb. Müsavatçılar xeyli araşdırdıqdan sonra məlum olub ki, büstü icra hakimiyyəti götürüb. Xaqani Məmmədin dediyinə görə, o zamankı icra başçısı Vidadi İsayevlə görüşdə icra başçısı büstün yerləşdiyi ərazidə bayraq meydanı tikiləcəyini, büstün isə 2 saylı liseyin qarşısında qoyulacağını bildirib. 35 metr hündürlükdə dövlət bayrağımızın ucaldığı bayraq meydanı inşa edilsə də, icra başçısı büstlə bağlı vədini yerinə yetirməyib. Müsavatçılar aradan keçən müddətdə indiyə qədər dəfələrlə büstü almaq üçün müraciət ediblər. Lakin nəticəsi yoxdur.
Dünən iyunun 17-dən 18-nə keçən gecə isə dövlət bayrağını götürüblər və ərazini polisin nəzarəti altında traktorlarla qazmağa başlayıblar. X. Məmməd bildirdi ki, bütün rayon əhalisi bayrağın götürlməsini və meydanın qazılmasını heyrətlə və narazılıqla qarşılayıb. Məlum olub ki, ərazidə YAP-a yeni bina tikintisi üçün bünövrə qazılır. Halbuki hakim partiyanın rayonda iki mərtəbəli böyük qərargahı var.
X. Məmməd dövlət bayrağı meydanının dağıdılmasına etirazlarını rayon rəhbərliyinə çatdırmaq üçün icra başçısının birinci müavini, YAP-ın Tərrtər rayon şöbəsinin sədri Ramiz Şabanovla görüşdüklərini də dedi: “Ramiz Şabanov hakim partiyaya bina tikilməsinə mane olanların, qarşıdurma yaradanların cəzalandırılacağını bildirdi. Bizim etirazımızı qarşıdurma yaratmaq istəyi kimi qələmə verdi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR