İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı İlqar İbrahimoğlu saqqal kəsmə videosuna reaksiya verdi

10869 04.07.2014 18:37 Ölkə A A


Gözlərimə inanmadım. 2-ci dəfə baxmaq istədim. Amma sona qədər baxa bilmədim. Söyüşlərlə müşayiət edilən səhnələri izləmə vərdişim yoxdur. Çox duyğulandım. Ürək ağrısı ilə bu səhnələri yaşadım. Baş verənlər - Azərbaycan insanının faciəsidir. Sovetlərdən sonra öz inancını normal yaşatmaq və təbliğ etmək imkanı verilməyən insanın faciəsidir. Bir ifratdan digər ifrata yuvarlanan Azərbaycan insanının faciəsi.

Son günlər İŞİD cinayətləri hamının ürəyini dağlayıb. Amma bu, qətiyyən əsas vermir ki, kim haradasa uzunsaqqallı insan görən kimi, onun saqqalını kəsmək vəzifəsini üzərinə götürsün.

Son günlər İŞİD bir çox murdar işlər görüb. Amma bu, əsas vermir ki, söyüşlə, təhqirlə, döyməklə, alçaltmaqla müşayiət edilən tərzdə cəzalandırma aksiyaları həyata keçirtsin.
Son günlər İŞİD, təkfirçi-vəhhabi ideolojisinin təzahürü olaraq, oyun qalmır ki, çıxartmasın. Amma bu, heç kimə əsas vermir ki, harada gəldi və necə gəldi əks cəzalandırma əməliyyatları həyata keçirsin.

Mən qəzəblənən insanları anlamağa çalışıram. Amma anlaya bilmirəm. Əhli-Beyt (ə) sevgisi, Əhli-Beyt (ə) məntiqi məni bunu anlamağa qoymur. Əli (ə) rəhmi məni bunu anlamağa qoymur. Düşməninə qarşı rəhmi ilə xüsusi seçilən İmam Əlimizin (ə) rəhmi.
Əbəlfəzl (ə) qeyrəti mənə bunu anlamağa qoymur. 

Üzümü İŞİD-in cinayətlərindən qəzəblənmiş və özlərinə bu kimi reaksiyaları vermək icazəsi verən insanlara tuturam. Bu, İslam deyil. Onlar İslamı yaşatmırsa, siz də onlar kimi etməyəsiniz gərək.

İslam dini, Peyğəmbər (s) və Əhli-Beyt (ə) yolu - ağıllı, məntiqli, mərd, izzətli, İslam hüququna söykənən yoldur. Emosiyalar yolu deyil. Nəfsin istəklərinin yolu deyil.
Allah dərgahında olduğumuzu unutmayaq. Özümüzü Allah bəndələri olaraq hiss edək. Təqvalı rəftar edək. Düşmənlərimizlə belə, təqvalı rəftar edək. Necə ki, Peyğəmbərimiz (s) rəftar edib. 

Necə ki, Əlimiz (ə) rəftar edib... 

Necə ki, İmam Hüseynimiz (ə) rəftar edib. Düşməninə mübarək ovcunda su verən İmam Hüseynimiz (ə)...

Allah Təala bizləri axırəz-zamanın fitnələrindən amanda saxlasın”.

Musavat.com


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR