İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağdad Moskvadan 1 milyardlıq silah aldı

1987 30.07.2014 20:25 Ölkə A A

Axar.az Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, ötən həftə İraqın Müdafiə naziri Sadun Fardan Əl-Duleymi Moskvaya səfər edib və İraqa silah satılması ilə bağlı yeni müqavilə bağlanıb.
 
Müqaviləyə əsasən, alınacaq silah və sursatın ümumi dəyəri 1 milyard dollardır. Rusiya Müdafiə Nazirliyindəki mənbənin qəzetə verdiyi məlumata görə, İraqa 4 ədəd uzaq mənzilli “TOS-1A Solntsepyok” zirehli raketi, Nsta-B seriyalı 152 mm-lik toplar, 2B11 və 2B14 tipli minaatanlar və müxtəlif sursatlar satılacaq.
 
Qəzet İraqın Rusiyadan iyunda 5 ədəd “Su-25” təyyarəsi aldığını, 10 ədəd “Su-27/30” helikopterləri ilə bağlı müzakirələr aparıldığını iddia edir.
 
Xatırladaq ki, Bağdadla Moskva arasında 2013-cü ildə bağlanan müqaviləyə əsasən, Rusiya İraqa 4,2 milyard dollar dəyərində 36 ədəd Mi-28NE helikopteri və 40 ədəd döyüş təyyarələri əleyhinə Pantsir-S raket kompleksi satmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR