İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı avtobuslarında bu biabırçılığı da gördük -FOTO

12939 10.07.2014 10:14 Ölkə A A
Bakının nəqliyyat sisteminin bərbad vəziyyətdə olmasını göstərən növbəti faktı təqdim edirik. Paytaxt üzrə 142 saylı marşurut xətti ilə işləyən avtobusda sürücülər sərnişinləri insan deyil, yük kimi daşıyırlar. 

İritutumlu avtobusda çəmi 4 oturacaq var, yerdə qalanları çıxarılıb. Sərnişinlər şikayətlənərək bildiriblər ki, sürücülər oturacaqları çıxarmaqla sərnişinləri təhqir edirlər:

“Bizi kartof kimi daşıyırlar. Bir tormozla sərnişinlər bir-birinin belinə minir. Avtobuslar arasındakı interval isə 50 dəqiqədir. Sürücülər isə avtobusu kofe içərək, siqaret çəkə-çəkə idarə edirlər. Bununla 2015-ə gedirik”.

Həmin marşrutun sahibkarı olan “İsmayıloğlular” şirkətinin rəhbəri Qurban İsmayılov belə bir halın olmasını mümkünsüz saydı: “Belə bir hal ola bilməz. Kim onlara icazə verir ki, avtobusdan oturacaq çıxarsınlar? Əgər belə bir hal olsa belə, araşdırılıb tədbir görüləcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR