İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qərb cəbhəsində gərginlik

4027 31.07.2014 08:23 Ölkə A A
Təmas xəttində yaşayan həmsöhbətimiz bildirib ki, vaxtilə ermənilərə yüksəklikdə səngərlərini, qazmalarını bərkitməyə imkan verildiyindən düşmən həmin nöqtələrdən kəndi təhlükəsiz şəkildə atəş altında saxlayır: “Səngərlərini betonlayıblar. Yeri qazıb yol da çəkiblər ki, maşınları ilə səngərlərinə təhlükəsiz şəkildə gedib-gələ bilsinlər. Ordumuz həmin səngəri vura bilmir. Ona görə də bundan istifadə edib Əlibəylini daimi atəş altında saxlayırlar. Gecə olan kimi güllə səsi eşidilir. Hava dumanlı, çiskin, yağışlı olanda atmırlar”. 
Əlibəyli sakini yeni müdafiə nazirinin əmrlərini alqışladıqlarını söylədi: “Səfər Əbiyevin vaxtında erməni 1 saat atırdı, vurub evlərimizi dağıdırdı, bundan sonra bizimkilər cavab verirdilər. İndi erməni atır və cavabını alır. Susdururlar ermənini, üstəlik layiqli cavabını da verirlər”. 

Həmsöhbətimiz son günlər düşmənin fəallaşmasını bayramla əlaqələndirir: “Həmişə belə olur. Bildilər ki, müsəlmanın bayramıdır başlayırlar atmağa. Adamları snayperlə vururlar. Bayramı vaya çevirmək üçün əllərindən gələni edirlər. Cavablarını da alacaqlar, inşallah”. 
Qeyd edək ki, iyulun 26-da atəşkəsin pozulması nəticəsində 2 Əlibəyli sakini 1997-ci il təvəllüdlü Fərid Məmmədov Nəbi oğlu və 52 yaşlı Anya Ələsgərova ağır yaralanıblar. Hazırda hər iki şəxsin vəziyyəti stabildir. İyulun 30-da Müdafiə Nazirliyindən aldığımız məlumata görə, son sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi ümumilikdə 111 dəfə pozulub. 

İyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.

İlkin tibbi yardım göstərildikdən sonra T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.

E.MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR