İnsanlara hürriyət, millətlərə istiqlal!

Zamanın donduğu məkan: Hələ 1800-cü ildə yaşayan bu insanlar cənnətə gedəcəklərinə əmindirlər - FOTOLAR

2672 19.12.2018 17:22 Maraqlı A A

 

Dünyanın ən ilginc tayfasında texnologiyanı, həkim və müəllimləri qəbul etmirlər

Bura zamanın dayandığı yerdir. Hər şeyi rədd edirlər, sadəcə özlərinin cənnətə gedəcəyini düşünürlər.

Mennonitlər, Meksika, Paraqvay və Boloviya kimi ölkələrdə yaşayan qeyri-adi həyat tərzləri ilə məşhur bir cəmiyyətdir. Burada demək olar ki, zaman dayanıb. Mennonitlər bir neçə yüz il geridə yaşayır kimidilər. Özətlə desək, onların həyatlarına şahid olduğunuz zaman sanki 1800-cü illərə qayıtmış kimi olursuz. Bir çox şeyi rədd edirlər və sirli bir həyat keçirirlər.

Musavat.com xarici mediaya istinadən Mennonitlərin ilginc hekayəsini sizə təqdim edir.

2.JPG (48 KB)

Mennonitlər öz adını müasir Hollandiyada yerləşən, Frieslandlı bir rahib olan Menno Simonsdan götürüb. Menno Simons (1496-1561) hal-hazırdakı xristian sistemini bəyənmədiyi üçün sülhsüvər, şiddətə qarşı olan bir təriqət qurur.

Müharibəyə qarşı, pasifist bu təriqət, eləcə də onun üzvləri Avropada bitmək bilməyən müharibələrdə yer almamaq üçün daim yer dəyişdirirlər.

5.JPG (32 KB)

Pasifist inanclara tolerantlıq göstərən ölkələrə, kralların torpaqlarına köç edirlər. Beləcə, mennonitlərin macəraları başlamış olur. Mennonitlər yüz illər öncə Almaniya və Hollandiyadan gələrək, Meksika, Paraqvay və Boliviyada yerləşiblər.

Ən böyük özəllikləri texnologiyanı rədd etmələri və buna uyğun bir həyat tərzi keçirməyə çalışmalarıdır. Öz yaşam tərzlərinin ən doğrusu olduğuna inanan Mennonitlər bunun qarşılığında sadəcə özlərinin cənnətə gedəcəyini düşünürlər.

9.JPG (38 KB)

Həkim və müəllim üzü görmək istəməyən Mennonitlər doğumlarını belə evdə özbaşına gerçəkləşdirirlər. Mennonitlərin ibarətləri də olduqca fərqlidir. Üzlərini stola çevirib, dramatik bir şəkildə ibadət edirlər. Həyatlarında şiddətin yeri yoxdur və cinayət əməlinə imza atmırlar.

Bundan başqa, oğurluq yox, cinayət yox, dava yox, söyüş yox. Bir-birlərinə qarşı son dərəcə hörmətlə davranırlar. Doğruluq və dürüstlük ən böyük keyfiyyətlərindən biridir. Gənclər bazar günləri görüşüb tanış olurlar. Beləliklə, evlilik öncəsi tanış olmaları da asanlaşır.

Amma gənclərin musiqi dinləmələri, rəqs etmələri qadağandır. Bu sayaq addımlar Mennonitlərdə qadağan edilib. Cənazələri də sadə bir formada keçirilir, yas mərasimləri də həmçinin. Mennonitelər texnologiya ilə yaxın əlaqədə olmamaqda qərarlıdılar. Ən böyük lüksləri isə qaz lampalarından istifadə etmələridir. Bu lampa onar üçün çox lüks bir texnologiya hesab edilir. Hətta bəzən ondan belə istifadəni rədd edirlər.  

Снимок99.JPG (68 KB)

Sadəcə özləri nə istəyirlərsə, uşaqlarına da onu öyrədirlər. Dünyanın geri qalanı kimi öyrədilməsi lazım olan siyahıları yox. Burada qadınlar at sürür, tarlada əkin-biçinlə məşğul olur və istehsala birbaşa öz töhfələrini verirlər.

Aldıqları təhsil onların nələrisə istehsal etmələrinə, öz geyimlərini tikib, öz yeməklərini yetişdirməsinə kifayət edəcək qədərdir. Mennonitlər axşamlarını ulduzların işığında söhbət edərək keçirirlər. Dünyanın geri qalanı kimi televizor və ya kompüterdən istifadə edərək, vaxtlarını keçirmirlər. Heyvanlarla da iç-içə olan Mennonitlər fabrik istehsalı olan heç nədən istifadə etmirlər.

Öz aralarında evləndikləri üçün də alman və holland genlərini hələ qoruyurlar. Qadınlar və kişilər eyni cür geyinirlər. Beləliklə, yersiz eqoları ortadan qaldırıb, bir şəkildə bərabərliyi təmin etdiklərinə inanırlar. Mennonitlər qeyri-adi həyat formaları və fikirləri ilə insanları çaşdırmağa qərarlı görünürlər.

Sevinc, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR