İnsanlara hürriyət, millətlərə istiqlal!

Yuqoslaviyanın keçmiş müdafiə naziri Moskvada öldü

1245 03.11.2014 00:26 Son xəbər A A


Yuqoslaviyanın sonuncu müdafiə naziri Velko Kadiyeviç Moskvada dünyasını dəyişib. Musavat.com xəbər verir ki, məlumatı RİA "Novosti" yayıb.

88 yaşlı generalın ölümünün dəqiq səbəbi hələlik məlum deyil.

Velko Kadiyeviç 2001-ci ildən Rusiyada yaşayırdı. 2005-ci ildə ona qaçqın statusu verilmiş, 2008-ci ildə isə Rusiya vətəndaşlığı almışdı.

Xorvatiyada sabiq nazirə qarşı hərbi cinayətlərlə bağlı ittiham elan edilib. Xorvatiya Velko Kadiyeviçin təhvil verilməsini tələb edirdi. Lakin Haaqa tribunalı sabiq müdafiə nazirinə qarşı heç bir ittiham irəli sürməmişdi. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR