İnsanlara hürriyət, millətlərə istiqlal!

Yens Stoltenberq: Avropa Birliyi NATO-nu əvəz edə bilməz

519 19.12.2018 00:55 Dünya A A

“Avropa Birliyinin müdafiə təşəbbüsləri NATO-nu əvəz edə bilməz”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Estoniyanın “Postimees” qəzetinə verdiyi müsahibədə səsləndirib.

“Avropa vəhdətini transatlantik vəhdətlə əvəzləmək mümkün deyil. Xüsusilə “Breksit”dən sonra NATO-nun müdafiə xərclərinin 80%-nin Avropa Birliyi üzvü olmayan ölkələrdən gəldiyi bir vaxtda...”- deyə Yens Stoltenberq qeyd edib.
Stoltenberq NATO-nun Baltikyanı ölkələrdə dislokasiya edilən 4 tabordan üçünün ya Avropa Birliyi olmayan ölkələrə (ABŞ və Kanada), ya da Birlikdən çıxmağa hazırlaşan Böyük Britaniyaya məxsus olduğunu bildirib.

“Türkiyə cənubda İŞİD-lə savaşdan, Norveç və İslandiya isə Rusiyanın Atlantik okeanın şimal hissəsində sualtı donanmalara malik olmalarından, habelə Transatlantik əlaqənin açıq və təhlükəsiz şəkildə saxlanmasından ötrü əsas yeri tuturlar. ABŞ, Kanada və Böyük Britaniya təkcə öz ölçülərinə görə deyil, həm də yerləşəmə mövqelərinə əsasən əhəmiyyət daşıyırlar”- deyə baş katib vurğulayıb.

Bununla bərabər Y.Stoltenberq Avropa Birliyinin müdafiə qabiliyyətini möhkəmlətməklə bağlı irəli sürülən təşəbbüsləri alqışladığını söyləyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR