İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni dönəmin yeni Türkiyəsi - VİDEO

1756 19.07.2018 23:46 Gündəm A A

Türkiyə dünyaya daha etibarlı görünəcək

Türkiyədə fövqəladə vəziyyət rejiminin ləğvi terrorla mübarizənin bitməsi demək deyil. Əksinə, PKK VƏ FETO-çulara qarşı aparılan mübarizə başqa bir şəkildə davam etdiriləcək.

Bunu REAL-a açıqlamasında “Strategic Outlook” beyin mərkəzinin eksperti Mehmet Fatih Öztarsu dedi.

“Fövqəladə vəziyyətin ləğv olunması Türkiyəni beynəlxalq meydanda və xarici yatırımçılar önündə daha güvənli ölkə kimi göstərəcək. Çünki fövqəladə vəziyyət şəraitində yaşayan ölkəyə istər-istəməz şübhə ilə yanaşırlar. Bunun aradan qaldırılması Türkiyənin dünyaya açıq olmasını bir daha nümayiş etdirdi. Terrorla mübarizə isə bundan sonra daha sərt şəkildə davam etdiriləcək. Xüsusi rejimin ləğv olunması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkiöncəsi verdiyi vədə əməl etməsi və yeni dönəmdə Türkiyənin daha güvənli və demokratik olacağından xəbər verir”, - ekspert əlavə edib.

Professor Toğrul İsmayılın fikrincə, Türkiyədə fövqəladə vəziyyətin ləğvindən sonra hökümət ölkədə terrorla mübarizə məqsədilə təhlükəsizliyin təmin olunması üçün alternativ təkliflər irəli sürəcək.

Türkiyədə uzun müddətdir hökm sürən fövqəladə vəziyyət rejimi bu gündən rəsmən ləğv edilib.

Xatırladaq ki, fövqəladə vəziyyət rejimi 2016 ilin iyulunda hərbi çevrilişə cəhddən sonra tətbiq olunmuşdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR