İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudilər Avropa Birliyində təqib olunur: "Fiziki hücumlardan qorxuruq"

1501 11.12.2018 10:15 Son xəbər A A

İddialara görə, bu məsələdə Fransa və Almaniya öndədir; Polşalılar isə hesab edir ki, yəhudilər ölkədə həddən artıq iqtisadi və siyasi gücə malikdir

Rəyi soruşulan Avropa yəhudilərinin 90 faizi bəyan edib ki, son 5 ildə Avropa Birliyində antisemitizm daha da güclənib. Xüsusilə, Fransa və Almaniyada bu meyl daha da qabarıb. Bu məlumat Avropa Brliyinin rəsmi səndlərində yer alıb.

Rəy bildirən yəhudilərdən üçdə biri deyiib ki, Avropada özlərini təhlükə içində hiss edirlər, amma onlar da Avropada azad, kimlərinsə nifrətindən uzaq və qorxusuz yaşamaq haqqına sahibdir.

Sorğu 16.395 yəhudi arasında keçirilib. Oxşar sorğu 2012-ci ildə də olmuşdu. Rəyi soruşulanların 96 faizi Avropa Birliyinin 12 ölkəsində- Avstriya, Belçika, Danimarka, Fransa, Almaniya, Macarıstan, İtaliya, Niderland, Polşa, İspaniya, İsveç və Birləşmiş Krallıqda yaşayır.

Fransada yaşayan yəhudilərin 95 faiz antisemitizmi ən böyük ictimai və siyasi problem kimi səciyələndirib. 2012-ci ildə bu göstərici xeyli aşağı idi: 85 faiz. Fransadakı yəhudilərin 58 faizi fiziki hücumlara məruz qala biləcəyindən qorxduğunu dilə gətirib: "Yəhudi olduğumuza görə bizə münasibət yaxşı deyil". 

Almaniyada antisemitizm özünü sosial media platformalarında daha açıq şəkildə büruzə verir. Almaniyalı yəhudilərin 41 faizi isə yerli ekstremist baxışlı müsəlmanlar tərəfindən nifrətlə qarşılandıqlarını etiraf edib. Ancaq Almaniyanın "Bild" qəzeti tam əksini yazır. Qəzet yazır ki, Almaniyada yəhudilərə qarşı törədilən cinayətlərin 94 faizini faşist düşüncəli alman radikallar həyata keçirib. Bu kimi cinayətlərdə müsəlmanların toplam sayı 5 faizə bərabərdir.

Polşada da antisemitizm "çiçəklənmə" dövrü yaşayır. Polşalıların böyük bir qismi hesab edir ki, "yəhudilər Polşada həddən artıq gücə (iqtisadi və siyasi) malikdir". Hətta iddia edirlər ki, Holokostda baş vermiş kütləvi yəhudi qırğınını yəhudilərin uydurmasıdır. Duşunurlər ki, onlar bu uydurmadan öz xeyirlərinə yararlanmaq üçün istifadə edirlər. "Polşa hökuməti antisemitizmə qarşı effektiv mübarizə aparırmı" sualına sorğuda iştirak edən yəhudulərin 91 faiz "yox"cavabı verib.

https://m.dw.com/en/anti-semitism-in-the-eu-jewish-people-consider-leaving-over-safety-concerns/a-46671092

Elbəyi Həsənli, musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR