İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəhudi əsilli məşhur aktrisa İsraili irqçilikdə ittiham edib

846 13.12.2018 19:44 Dünya A A

İsrail əsilli amerikalı aktrisa Natali Portman İsrailin yalnız yəhudilərin dövləti olduğunu təsbit edən yeni qanunun qəbul edilməsinə görə vətəndaşı olduğu dövləti irqçilikdə ittiham edib.

Musavat.com xarici agentliklərə istinadən Natali Portmanın bu sözləri Londonda ərəbcə yayımlanan "Əl-Qüds Əl-Ərəbi" qəzetinə verdiyi müsahibədə bildirib.

Məşhur aktrisa İsrailin dövlət hüququ ilə əsla razılaşmadını qeyd eədrək, “ümid edirəm ki, qonşularımız sevə, onlarla dəyişikliklər edərək birlikdə əməkdalıq göstərə bilərik”, -  kimi sözlər sərf edib.

Hollivud ulduzu bu ilin aprel ayında İsrail-Qəzza sərhədində yaşanan hadisələrlə əlaqədar Qüdsdə təşkil edilən və “Yəhudi Nobeli” olaraq bilinən “Genezis mükafatı” ilə bağlı mərasimə qatılmadan da imtina etmişdi.

Qeyd edək ki, Natali Portman Azərbaycan tamaşaçılarına yaxşı tanış olan “Leon”, “Ulduz müharibələri” kimi populyar filmlərlə məşhurluq qazanıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR