İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rus təyyarəsi partlamayıb, partladılıb!” – Elşən Musayev sensasion faktları açıqlayır…

13251 26.12.2016 23:44 Yazarlar A A
Dubaydan Rostova, Şarm-Əl-Şeyxdən Sankt Peterburqa, Moskvadan (Çkalovsk) Suriyaya uçan təyyarələrin taleyi bənzərdir. Sadəcə “Boeing”, “Airbus”, “Tu-154” fərqi ilə.  Ölüm marşrutunda. Və bir də...əzrayılın iradəsindən kənar biçilən kəfənlərin varlığından xəbərsiz.  

Onların heç biri partlamayıb. Partladılıb. İstintaq isə hər üç qəzadan sonra ilkin versiyasını bu formada irəli sürüb: “Təyyarədə texniki nasazlıq və ya pilotun idarəetməni itirmə səbəbindən...”

Rusiyanın Cənub İstintaq İdarəsinin rəisi Oksana Kovrijnaya Dubay-Rostov qəzasının düz 3 aylıq tamamında heyrətamiz açıqlama ilə gündəmi silkələmişdi: “Təyyarəyə son anda minən şəxsin qeydiyyatını dəqiqləşdirə bilmirik. O salona əlində torba keçir. Monitorun yaddaşında qalan son görüntü budur. Sərnişin sayı isə məhz bu adamın gəlişindən sonra biletlərin satışına uyğun 54 deyil, 55 olub”

Şarm-Əl-Şeyxdən Peterburqa yön alan uçağın partlamasından sonra da eyni adlı şablon versiya qabardılırdı. Uzun müddət. Ta ki, İŞİD terroru boynuna götürənə qədər.

Və nəhayət, Qara Dəniz səmasında son avio-qəza. Yenə eyni ssenari, yenə eyni məzmundur. Hərçənd Rusiyanın siyasi hakimiyyəti ictimai rəydə və ümumən ölkədə etimadsızlıq mühiti yaranmasın deyə yenə trafaret üslubu işə salıb. Cidd cəhdlə, israrla terror versiyasını inkar edirlər. Amma çifayda. Kim bilməsə də peşəkar istintaqçılar, siyasi elita və Putin gözəl bilir ki, söhbət nə söhbətdir.

İlk versiya: İdarəetmə itib:

Sosial şəbəkələrə 2 siravi vətəndaş tərəfindən ötürülən video-çəkiliş anındaca bu versiyanı alt-üst etdi: Təyyarə partlayan ana qədər düz xətt üzərindən hərəkət edir. Amma idarəetmə pozulardısa üfüqi xətt cızlmalı idi. Düzdür, 20 dəqiqə sonra radardan itir (daha doğrusu itirilir!), amma Andrey Kolosovski kimi peşəkar pilotun ekipajda olduğunu da kimsə unutmasın. Təyyarənin ”manual” idarə edilməsi + endirilməsi isə Sovet pilot məktəbinin yetirmələri üçün su içmək qədər asan məsələdir.

İkinci versiya: Mühərrikə yad cisim düşüb.

İkisinə də birdənmi?! 20 dəqiqə ərzindəmi? Təbii, mühərriklərin ikisinin də “imtina” təcrübəsi tarixdə yetərincədir. Amma yalnız okean üstü + minimum 7-10 saatlıq uçuşlarda! Quruda belə bir halın analogiyası yoxdur. Ayrıca, havaya qalxandan az müddət sonra mühərrik və ya sistemin digər detallarında nasazlıq yaranardısa, bu fakt dərhal pilot heyəti tərəfindən texniki bortun imkanları vasitəsilə müəyyən olunar, hələ uçuş trayektoriyası cızılmadan eniş üçün tədbir alınardı. Amma ilkin versiyada haqqında danışılan videodan da görünür ki, təyyarə yüksəliş xətti götürür və hərəkətində panika sezilmir.

Üçüncü versiya: Keyfiyyətsiz yanacaq:

Son yanacaq Soçidə vurulur. Həm də məcburən (!) Beləki, Moskva ətrafı Çkalovsk hərbi aerodromundan səmaya qalxan təyyarə yanacaq ehtiyatını Mozdokda yeniləməli imiş. Hava şəraitinin kəskin dəyişməsi xəbəri isə təyyarənin Soçidə enişini şərtləndirir və növbəti dəfə havaya qalxandan 20 dəqiqə sonra qəzaya uğrayır.

Xüsusi qeyd: “Qara qutu”nun ilkin səs eskizlərində hava durumu haqda məlumatın verilməsi zamanı sistem qarışıqlığı sezilir və bu məlumat niyəsə xüsusi rabitə (!) vasitəsilə verilir. Qəzadan sonra isə məlum olur ki, pilot ekipajına verilən həmin məlumat kökündən yalnış olub! Bundan gözəl iz? Bundan gözəl maddi sübut? .

Dördüncü versiya: “Tu-154” təyyarəsi istismar müddəti bitən təyyarələr kateqoriyasına aiddir.

Tamamilə fikir yayındırıcı versiyadır və tam olaraq haradan qaynaqlandığı haqda məlumatlı deyiləm. Amma, bütün hallarda tədarük xarakterlidir. Ya Rusiyanın özünə sərf edir, mövzu bu minvalla itib batsın. Ya da terrorun təşviqedicilərinin marağındadır ki, hadisə daha əvvəl baş verən 36 “Tu-154” qəzasının fonunda malalansın. Fəqət, bir daha xatırlatmaq yerinə düşər: Daha əvvəlki 36 qəza hava şəraitinin uyğunsuzluğundan baş verib. Bu dəfə isə tam əksidir.

Beşinci versiya: Mümkündür ki, rus təyyarəsi NATO raketlərinin qəzəbinə tuş gəlsin:

Əsaslandırma da budur ki, Qara Dəniz Rusiya ilə Şərqi Avropa arasında sərhəd bölgəsidir. Və son zamanlar NATO-nun genişlənməsi çərçivəsində dəniz ətafı dövlətlər böyük “ALYANS”a qoşulublar + bölgədə ciddi rəqabət var. Məsələn, Bolqarıstan öz hava sərhədləri daxilindən rus təyyarələrinin uçuşuna izn vermir. Bu səbəbdən rus təyyarələri dəfələrlə uçuş rotasını dəyişib. Mümkündür ki, Suriyaya uçan rus təyyarəsi də bənzər Şərqi Avropa ölkəsinin hava hücumuna məruz qalsın və s.

Yenə də kökündən yalnış təqdimatdır. Bu versiyanı irəli sürənlər zəhmət çəkib internetdən - təyyarənin mənsub olduğu avioşirkətin saytından uçuş dislokasiyasını izləsinlər. Baxsınlar, trayektoriya hardan hara davam edib, hansı zaman kəsiyində reallaşıb və qəza hansı ölkənin hava səmasında baş verib.

Və nəhayət öz versiyam: Bu -  birmənalı şəkildə Rusiyaya qarşı terror aktıdır! Səfirin ardınca Suriyaya uçan hərbiçilərin öldürülməsi Putinə yönəlik növbəti gözdağıdır və yalnız sadəlöhv adamda “təsadüf” təəsüratı yarada bilər. Hadisə isə belə vaqe olub: Təyyarə, öncədən nəzarətə götürülüb. İlk öncə “missionerlər” texniki heyətə sızdırılıb,  onların vasitəsilə təyyarə bortunun idarəetmə funksiyaları zəiflədilib. (bəzi hallarda ümumən sıradan çıxarılıb) Çox güman, təyyarənin uçuşuna son icazəni verən və bu uçuşu rəsmi imzası ilə təsdiqləyən şəxs artıq şübhəli qismdə dindirməyə cəlb olunub –  onun birbaşa icraçı olması şübhəli görünsə də bütün ipuclarını verəcək yeganə şahid olması dəqiqdir.

Proses mərhələ etibarilə 3 mühüm “icra”nı özündə ehtiva edib:

Radar sistemi casus haker vasitəsilə sıradan çıxarılıb;
Hava şəraiti haqqında yalnış məlumat təyyarənin plansız şəkildə Soçiyə enməsinə səbəb olub. Bomba da çənə məhz həmin vaxt yerləşdirilib;

Təyyarənin şassisi yanacaq doldurulan məkanda boşaldılıb. (Məlumatı olmayanlara bildirim ki, şassi – göyə qalxana qədər və yerə enəndən sonra zərbə gücünü azaldan qurğudur.) 

Məlum qəzanın baş verdiyi “Tu-154” təyyarəsinin şassisinin Qara Dəniz sahilinin 1.5 km yaxınlığında dənizin 70 metrliyində tapılması da bu şübhələr üçün yetərli əsasdır + video-fakt sübut edir ki, şassı hətta dənizə qəzadan daha öncə düşüb.

Bax belə. Dünya gücləri bir-birinə əzələ nümayiş etdirir. Olansa günahsız insanlara olur...


“Dollardan imtinanın bədəli: 44 şəhid!” – Elşən Musayev İstanbuldan yazır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR