İnsanlara hürriyət, millətlərə istiqlal!

Bütün şeytanların katolikosu

1370 12.01.2017 15:07 Yazarlar A A

Şəhid əsgərimizin Ermənistandan geri alınması üçün Azərbaycan dövləti gərəkən hər şeyi edir. Demək olar ki, bütün beynəlxalq təşkilatlara və instansiyalara müraciət edilib. Proses intensiv şəkildə indi də davam edir. 

Bir neçə gün öncə isə ATƏT-in Minsk Qrupu həmsədrləri bəyanat yayaraq, İrəvanı hərbçimizin nəşini qeyd-şərtsiz təhvil verməyə çağırıb. Son olaraq, Avropa Şurasının baş katibi T. Yaqland eyni çağırışda bulunub.     

Əfsus ki, nəticə yoxdur. Əksinə, işğalçı ölkənin ölüdən qisas almağı sevən nekrofil rəhbərliyi Azərbaycan qarşısında absurd şərt qoymağa başlayıb. Məsələn, Beynəlxalq Qırmızı Xaç vasitəsilə İrəvan belə bir həyasız tələb irəli sürüb ki, Bakı 29 dekabr sərhəd insidentinə görə cavabdeh olduğunu etiraf eləsin, o zaman cəsəd geri verilə bilər - yəni, meyitlə siyasi alver məsələsi. 

Stepan Safaryan adlı bir erməni politoloq isə daha da qabağa gedərək bildirir ki, bəs, “Həmsədrlər İrəvana gəlib Ermənistanı meyiti qaytarmağa inandırmayınca, cəsəd qarşı tərəfə verilməməlidir”. 

Guya bununla dünyaya sübut eləmək istəyirlər ki, insidentin səbəbkarı məhz Azərbaycandır, çünki azərbaycanlı hərbçinin meyiti Ermənistan tərəfdə qalıb. Ardınca təbii ki, Azərbaycana qarşı hansısa cəza tədbirinə ümid edirlər. 

Əlbəttə ki, illüziyadır. Eyni məntiqlə bir necə il öncə Azərbaycanın işğal altındakı ərazilərdə qanunsuz təlimlər keçirilərkən vurulan erməni hərbi vertolyotunun ölən hərbçilərini də Azərbaycan qarşı tərəfə verməyə, Ermənistan qarşısında şərt qoya bilərdi. Lakin Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq, həm erməni hərbçilərinin, həm də ondan sonra işğal altındakı ərazilərimizdə öldürülən bütün digər erməni əsgərlərinin meyitlərini götürülməsini heç vaxt ləngitməyib, cəsədlərlə ədavət və siyasi bazarlıq etməyib.

Amma Ermənistanın siyasi və hərbi rəhbərliyində oturan ikiayaqlı məxluqlar bununla neçənci dəfədir ki, insanlıq anlayışının onlara yad olduğunu dünyaya nümayiş etdirməkdədirlər. Bu zatların insanlığı ilə yanaşı, dini də saxtadır. Diqqət edin, insidentdən az qala 15 gün keçib, amma bütün ermənilərin katolikosu II Qaregin ağzını açıb deməyib ki, cənab haylar, bu qədər də ağını çıxarmaq olmaz, meyitlə alver günahdır, onu qaytarın! Desəydi, yüzdə yüz sözü eşidiləcəkdi, çünki katolikos erməni toplumunda prezidentdən də böyü nüfuz sahibidir.    

Demək, katolikosun özü də bu rəzalətin davam etməsinin tərəfdarıdır və rəzalət ortağıdır. Allahdan qorxmayan birisidir, şeytandır, şeytanların katolikosudur. Ermənilər xristianlığı ilk qəbul edən millət kimi özlərini öyməyi xoşlayırlar. O zaman harda qaldı bəs cəsədə qarşı hörmətsizliyi, təhqiri yasaq buyuran, ümumiyyətlə, insana zülm etməyi (azərbaycanlı əsgərin valideynlərinin 15 gündür hansı iztirab çəkdiyini yada salın) qadağan edən ali xristian dəyərləri?..

*****     

Bu haylar anlamaq istəmir ki, müharibə hələ bitməyib və müharibə də Azərbaycanla Ermənistan arasındadır. Yəni, müharibə bitməyincə, sülh sazişi imzalanmayınca, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımayəca arandakı sərhəd də formal məna daşıyacaq, cəbhə xətti rolunda olacaq. O üzdən hərbi insidentlər təkcə Dağlıq Qarabağda deyil, Ermənistanla sərhəddə də ola bilər və olacaq. 

Müharibə vəziyyəti isə hansı şəraitdə həlak olmasından asılı olmayaraq, tərəflər qarşısında hərbçilərin meyitləri ilə bağlı beynəlxalq humanitar konvensiyaya əməl etmək tələbini qoyur. Hərgah, BMT-nin Qarabağ qətnamələrinə 23 ildir tüpürən, Xocalı soyqırımına imza atan və bununla fəxr edən kriminal Sərkisyan rejimindən bunu ummaq, insanlıq nümunəsi gözləmək də absurd olardı...   


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR