İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadınların depressiyadan çıxış yolları...

2363 28.12.2016 09:40 Yaşam A A

Qadınlar kişilərə nisbətən iki dəfə artıq depressiyaya düşə bilirlər. Bunu araşdırmalar da sübut edir. Səbəbi isə odur ki, qadınların özlərinə tələbatı çoxdur, eyni zamanda ətrafından daim diqqət, qayğı umurlar. İstədikləri diqqəti görməyəndə isə asanlıqla depressiyaya düşürlər.

Aparılan sorğulardan da məlum olur ki, bu cür hallarda qadınlar bəziləri xarici görünüşlərində dəyişiklik edir, hətta ehtiyac olmadığı halda gözəllik salonlarına gedib ya saçlarını kəsdirib-rəngləyir, alış-verişə çıxır, çox yeyir, ya da səyahətə çıxırlar. Beləliklə, də özlərini motivasiya etməyə çalışırlar. 

Təbii ki, problemdən bu cür çıxış yolu tapmaq o qədər də uğurlu olmur. Məsələn, çox yemək, gözlənildiyi kimi, qadınlara xoşbəxtlik yox, daha çox artıq çəki, yorğunluq gətirir. Halbuki əvvəllər klassik depressiyada daha çox iştah azalar, həddən artıq arıqlama müşahidə olunurdu. Amma bu gün müasir depressiyanın ən böyük bəlalarından biri iştahanın patoloji şəkildə artması, kökəlmə və piylənmədir. Qadınlar sanki bütün depressiya acıqlarını, hirslərini yeməklə aradan qaldırmağa çalışırlar. 

Və yaxud həddən artıq bədxərclik sonradan qadınlara başqa sosial problemlər yaradır və sairə. 

Image result for Dəyanət

“Ümumiyyətlə, depressiya bir xəstəlikdir”. Bu sözləri psixoloq Dəyanət Rzayev “Yeni Müsavat”a açıqlamasında bildirib. Psixoloqun sözlərinə görə, qadınların depressiyadan çıxış yolları tapması onların insani dəyərlərindən və maddi durumundan çox asılıdır: “Təbii ki, insanın maddi durumu yaxşıdırsa, o, daha çox alış-verişə üstünlük verəcək. Həqiqətən də insan alış-veriş edib əyninə yeni geyim geyinəndə özünü tamamilə başqa cür hiss edir. Əgər adi bir geyimdəsiniz və xoşagəlməz bir olay baş veribsə istər istəməz əhvalı düzəltmək çox çətin olur. Ona görə də bu cür hallarda əksər qadınların alış-veriş etməsi normal bir haldır. Bəzi qadınlar isə idmana gedir, təbii ki, bu da maddi imkandan asılıdır. Digərləri isə başqa cür reaksiya göstərir, rəfiqələri ilə görüşüb dedi-qodu edir, bəzilərinin isə ümumiyyətlə, kiminləsə danışmağa əhvalı olmur. Yaşadığı stresslə mübarizə aparmaq üçün digər üsullara əl atır. Məsələn, saçını kəsdirir, ya da ki, rəngini dəyişir. Beləliklə, güzgüyə baxdıqda özündə dəyişiklik, yenilik görür və bu ona stressdən çıxmağa köməklik edir”.

Xalidə GƏRAY



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR