İnsanlara hürriyət, millətlərə istiqlal!

Professor İlham Rəhimovun ad günüdür - 66 yaşı tamamladı

3425 14.01.2017 14:38 Yaşam A A





O, təmsil olunduğu sahələrin hamısında fərqlənib. İstər elm sahəsində, istərsə də iş sektorunda Azərbaycanı Avrasiya və Dünya coğrafiyasında ləyaqətlə təmsil edib, öz uğurları ilə bərabər, ölkəmizin adını da yüksəkliklərə qaldırıb. İlham Rəhimov Azərbaycan mediasına açıqdır və  ona hər zaman ehtiramlı yanaşıb. Professor Rəhimov Azərbaycan mediasının əli çatan “Forbes”in siyahısındakı yeganə iş adamıdır. O, ölkə mediasında müsahibələri və məqalələri ilə müntəzəm çıxış edir, bəzən KİV rəhbərləri və sıravi jurnalistlərlə bilavasitə əlaqə saxlayaraq, onlarla hər hansı mövzuda  müzakirə aparır, bəzən polemikalara girir.

Professor İlham Rəhimov vətənpərvər, ölkəsinin çıxarlarını düşünən, Dağlıq Qarabağ problemi ilə yaşayan və bu mövzuda heç bir güzəşt tanımayan ziyalıdır. Rusiyada böyük biznesi olmasına və Azərbaycanda demək olar ki, heç bir biznes strukturunun mövcud olmamasına rəğmən o, ölkəsində yaşayır, buranın insanları ilə təmas qurur, dostluq edir, vətəninin dərd-sərləri ilə maraqlanır, milləti ilə iç-içə yaşayır. 

Professor İlham Rəhimov həm də məxsus olduğu türk soyuna aid bütün türk dövlətlərini, xüsusi ilə də Türkiyəni vətəni Azərbaycan qədər sevir, onların maraq və çıxarları üçün əlindən gələni edir. Rusiyanın hakim elitası ilə olan özəl və ciddi münasibətlərini zaman –zaman Azərbaycanın və Türk dünyasının maraqları istiqamətində istifadə edib. Türkiyə-Rusiya münasibətlərinin ən kritik çağlarında da bu imkanlardan münasibətlərin normallaşması üçün maksimum istifadə olunduğu məlumdur. 

İlham Rəhimov, gördüyü ictimai-siyasi işləri və xeyriyyəçi əməlləri reklam etməz, gözə soxmaz, paylaşmaz. Bunları çox kiçik bir çevrə bilər. Lakin elm sahəsində gördüyü işləri, yazdığı kitabları paylaşmağa və çap etməyə, daha geniş auditoriyaya yaymağa hər zaman can atar. Professor İlham Rəhimov elm və maarifçilik işlərində olduqca sosialdır. Onun son illərdə hüquq sahəsində yazdığı əsərlər dünyanın bir neçə ölkəsində və çoxsaylı universitetlərdə dərslik kimi tədris olunur.    Onun yaradıcılığında "İslah-əmək təsirinin nəzəri və praktiki problemləri" (Bakı, 1981), "Məhkəmə proqnozlaşdırılmasının nəzəriyyəsi" (Bakı, 1987), "Cəzanın fəlsəfəsi və onun vəzifəsinin problemləri" (Bakı, 1998), "Cinayətkarlıq və cəza"  (rusca, Moskva, 2012; türkcə, İstanbul, 2014; azərbaycanca, Bakı, 2015), "Cinayət və cəzanın fəlsəfəsi" (Sankt-Peterburq, 2013; Bakı, 2014; İstanbul, 2014; London, 2015; Turin, 2015; Yerusəlim, 2015; Sofiya, 2015; Pekin, 2016), "Cəzanın əxlaqiliyi haqqında" (Sankt-Peterburq, 2016; London, 2016; Roma, 2016) kitabları mühüm yer tutur.

O, dünya miqyaslı müxtəlif beynəlxalq qurumların, akademiyaların, ictimai-siyasi təsisatların üzvü, qurucu üzvü və rəhbər heyətlərinə daxildir. Lakin harada olmasından asılı olmayaraq, professor İlham Rəhimovun həyat və fəaliyyətinin bir qayəsi var: bu da Azərbaycana, onun dövlət maraqlarına və elmi potensialına xidmət göstərməkdir. 

P.S. Professor İlham Rəhimovun elmi fəaliyyəti və təltifləri ilə bağlı daha detallı olaraq bu istinad üzərindən tanış olmaq mümkündür.  



“Yeni Müsavat” Media Qrupu 


 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR