İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçili yoqa - dünyada yeni dəb başlanıb

1997 17.01.2017 05:49 Yaşam A A
ABŞ-ın Oreqon ştatında yaşayan fermer keçilərlə yoqa dərsləri keçir. Bu qeyri-adi məşğələyə minlərlə insan qatılır. 

Keçilərlə yoqanın adi yoqadan yeganə fərqi odur ki, orada insanlar arasında sevimli keçilər gəzişir. Bəzən idman hərəkətləri edən insanların üstünə keçi hoppanır və bu, motivasiyanı daha da gücləndirir. Soyuq havalarda məşğələlər qapalı yerdə keçirilir. Fermanın sahibi Leyni Morz 2016-cı ildə keçiçiliklə yoqanı birləşdirməyə qərar verib. Ötən ilin avqustunda bununla bağlı çəkilən video anons internetdə ciddi populyarlıq qazandı. 

Məhz bundan sonra fermna bu formada yoqa ilə məşğul olmaq istəyənlərin müraciəti ilə aşıb-daşdı. Kurslara yazılan 900 nəfər hazırda öz növbəsini gözləyir. Morz belə bir uğur nəticəsini gözləmirdi. O, 10 il boyunca işlədiyi kampaniyadan çıxıb və özünü tamamən keçili yoqaya həsr edib. Oreqon ştat Universiteti isə kampusun ərazisi daxilində yoqa məşğələləri aparmaq üçün anlaşıb. 


Selcan
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR